Marat İzmayılov: "Yüz faizlik düzgün seçim etdiyimə şadam"

27.05.2014 | 3343 dəfə oxunub

“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Marat İzmayılov sabiq baş məşqçisi Yuri Syomin və “Qəbələ”yə keçidindən təəssüflənmədiyi haqda danışıb. Stadium.az İzmaylovun müsahibəsini diqqətinizə çatdırır:

- Azərbaycanın “Qəbələ” klubuna siz öz agentiniz Paulu Barbozanın sayəsində gəldiniz?
- İlk növbədə, Yuri Palıç Syominə minnətdar olmalıyam. Gizlətməyəcəyəm: bura ancaq ona görə gəlmişdim
- Sizə çox məşqçilərlə işləmək müyəssər olub. Həm yerli və həm də əcnəbi. Syomin bunların arasında hansı yeri tutur?
- İlk yerlərdən birini. Onu dünya səviyyəli mütəxəssis hesab edirəm.
- Bəs futbolçu İzmaylovu şəxsi qərəzlə heyətə salmayan məşqçilər olub?
- Yox. Mənim bəxtim gətirib: işlədiyim bütün kəslər yalnız mənim peşəkar keyfiyyətlərimdən çəkiniblər. Mən yüz faiz hazır olanda, həmişə oyun təcrübəm olub.
- Razısınızmı ki, belə də olur, futbolçu haır olur, məşqçi isə sanki onu görmür?
- Olur və tez-tez. Məsələn, insani antipatiya meydana gələndə.
- Siz əvvəlki kimi, “Portu”ya məxsussunuz?
- Hələ bir il müqaviləm var.
- Axı bu, risklidir: tanış olmayan çempionata tamamilə hazırlıqsız getmək...
- Mənim üçün bu, özümə gəlməyə cəhd etmək, kondisiyamı toplamaq şansı idi. Ancaq ən əsası o idi ki, mən oynamaq imkanı qazandım.
- Atılmış addıma təəssüf etmirsiniz ki?
- Əksinə, çox şadam ki, yüz faiz düzgün addım atmışam. Burada mənim hər şey xoşuma gəlir, çox rahatdır. Hiss edirəm ki, komandaya lazımam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail