"Millinin daimi üzvü olmuşam"

27.05.2014 | 3467 dəfə oxunub

Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, millimizin üzvü Qara Qarayev toplanışla bağlı affa.az saytına fikirlərini bildirib: "Mövsümün başa çatdığını demək tezdir. Bizim üçün mövsüm milli komandanın oyunundan sonra başa çatacaq. Hazırda millinin heyətində təlim-məşq toplanışındayıq. Bütün futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. ABŞ yığmasıyla görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq. Rəqib yaxın günlərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Ona görə ola bilsin ki, bizimlə oyunda zədələnməmək üçün özlərini qorusunlar. Buna baxmayaraq, DÇ öncəsi yaxşı əhval-ruhiyyədə olmaları üçün qalib gəlməyə çalışacaqlar. Artıq bir neçə toplanışdır milli komandaya dəvət olunuram. Ancaq bu o demək deyil ki, millinin daimi üzvü olmuşam. Oyunlarda özümü yaxşı tərəfdən göstərib millinin daimi üzvü olmaq üçün çalışıram". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail