"Ola bilər ki, “İnter”ə avrokuboklarda kömək edim" MÜSAHİBƏ

28.05.2014 | 2983 dəfə oxunub

“İnter”in gürcü hücumçusu Aleksandr İaşvili karyerasını hələ bitirməyəcək. Stadium.az xəbər verir ki, 36 yaşlı futbolçu “Msoplio Sporti”yə müsahibəsində komandasına Avropa Liqasının təsnifat mərhələsində kömək edə bilmək ehtimalı və dekabra qədər oynayacağının mümkünlüyü haqda danışıb:

“Hələ hansı addımı atacağıma qərar verməmişəm. Ola bilər ki, “İnter”ə avrokuboklarda kömək edim. Ola da bilər ki, dekabra qədər oynayım. Ən uzağı dekabra qədər. Mən bütün mövsümü keçirməyəcəyəm”, deyə İaşvili bildirib.
- “İnter”in baş məşqçisi Kaxa Sxadadze sizdən qalmağı xahiş edib?
- Hə. Sxadadze xahiş etdi. Mən hər halda, düşündüm ki, bəlkə daha bir neçə ay da oynamağa dəyər.
- “İnter” Azərbaycanda ikinci oldu. Komanda mövsümə pis başladı və bir müddət autsayderlər arasında yer aldı. Necə düşünürsünüz, pis başlanğıc olmasaydı, siz “Qarabağ”ı ötə bilərdiniz?
- Bizim belə pis başlamağımız həqiqətən də qəribə idi. İlk altı oyunda biz yalnız bir qələbə qazandıq və beş dəfə məğlub olduq. Əgər pis başlanğıc olmasaydı, biz həqiqətən də çempion ola bilərdik. Ancaq ümumilikdə, mövsüm komanda üçün yaxşı alındı.
- Siz Azərbaycana Almaniyanın İkinci Bundesliqasından gəlmisiniz. Azərbaycan çempionatı necə təsir bağışladı: gözlədiyinizdən daha yaxşı ya pis?
- Gözlədiyimdən olduqca yaxşı. Düşünmürdüm ki, səviyyə belədir. Bu, oyunlardan və oyunların ahəngindən görünür.
- Əgər Gürcüstan və Azərbaycan çempionatlarını müqayisə etsək?
- Təəssüf ki, fərq böyükdür. Azərbaycanda legionerlər çoxdur. Bu onunla şərtləndirilir ki, Azərbaycan klublarıın maliyyə vəziyyəti Gürcüstan klublarından dəfələrlə yaxşıdır. Stadionların da problemi həll edilir. Son vaxtlar yaxşı arenaların sayı artır.
- Siz Kaxa Sxadadzeni necə xarakterizə edərdiniz? Onun hansı xüsusiyyətləri var?
- Mənim Kaxa ilə çoxdan münasibətim var. Ancaq məşqçi kimi onunla ilk dəfə “İnter”də oynadım. Düzünü deyim, mən onun belə bir səviyyəli məşqçi olduğunu gözləmirdim. O, öz işinin böyük ustasıdır. Hər şeyi futbolçulara xırdalıqlarına qədər izah edir, hər kəslə ümumi dil tapmağı bilir. O, rəqibin oyununu çözməyə çox vaxt ayırır ki, bu da bizə çox kömək edir. Oyun zamanı və meydandan kənarda onun intizamı yaxşı qurulub. Mahiyyətcə, nəticələr də buna şahidlik edir: Azərbaycanda dörd-beş klub “İnter”dən daha yaxşı maliyyələşdirilib. Ancaq Sxadadzenin komandası daima mükafatçılar üçlüyünə düşür. Bir dəfə isə çempion olub.
- Necə hiss edirsiniz, sizi Azərbaycanda nə dərəcədə qiymətləndirirlər?
- Bu, hiss edilir. Qeyd edirlər ki, Almaniyada 16 il keçirmiş futbolçu belə bir karyeradan sonra Azərbaycana gəlib.
- Yaş hiss edilir, yorulmursunuz?
- Deməzdim. Bu mövsümdə mən avrokuboklar da daxil olmaqla, iki oyun istisna olmaq şərti ilə, bütün oyunlarda oynamışam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail