"Məğlubiyyətə rəğmən, bu, “Qəbələ”nin ən yaxşı oyunlarından biri idi" MÜSAHİBƏ

28.05.2014 | 3477 dəfə oxunub

Yuri Syominin Rusiya mətbuatına müsahibə verib:

- Kubokun finalında məğlubiyyətə çox üzüldünüz?
- Qalib gəlməyəndə, əlbəttə, məyus olursan. Xüsusilə də, bu oyunda biz məğlub olmamalı idik. Ancaq finalda qalib həmişə birdir və bu dəfə bu, “Neftçi” oldu.

- “Qəbələ”dəki birillik iş sizə nə verdi?
- Çox şey. Mən heç bir titulu olmayan və Kyev “Dinamo”su ya “Lokomotiv”dəki kimi oyunçularım olmayan bir komandaya gəldim. İşləmək və anlamaq özümə maraqlı idi: bu vəziyyətdə mən nəticəyə nail ola, futbolçuları inkişaf etdirə bilərəmmi?

- Klub sahiblərinin qoyduğu tapşırıq yerinə yetirildi?
- Yerinə yetirildi yox, artıqlaması ilə yerinə yetirildi. “Qəbələ” avrokuboklara düşdü, çempionatın bürünc mükafatçısı oldu, Kubokun finalına çıxdı. Düzdü, heç olmasa, bir qəniməti əldə etmədiyimizə görə qeyri-qane hiss qaldı.

- Məşqçi Syominin “Avropaya necə düşməli?” işlənmiş planı var?
- Bu il, çox çətin keçdi. Biz heç cür liderlə üçlüyü “Qarabağ”, “Neftçi” və “İnter”ə yaxınlaşa bilmirdik. Burada bir neçə səbəb var. “Qəbələ” kiçik şəhərdən olan yeni bir komandadır. Buna rəğmən, bu klubun futbolu bilən və sevən və inkişaf etdirməyə hazır olan rəhbərləri var. Çoxlu meydanlar qurulub, gözəl baza, əla futbol məktəbi var. Bu, hələ heç nə vermir, ancaq əminəm ki, öz bəhrəsini gələcəkdə verəcək. Üstəlik, mənim gəlişimlə komandanın heyəti 90 faiz dəyişdi və hər kəslə ümumi dil tapmaq asan deyildi. Hesab edirəm ki, haradasa mövsümün sonlarında biz hər halda, bir-birimizi başa düşdük. Necə oynamaq lazım gəldiyini dərk etdik, mən futbolçularla, futbolçular isə öz aralarında yaxın olduq. Buna görə də qarşımızda qoyulmuş tapşırıqları həll etdik.

- Bilirəm ki, “Qəbələ”nin sahibi Tale Heydərov Kubokun final oyunundan sonra paltardəyişmə otağına gəlib. O, razı qaldı?
- Nail olduğumuz nəticəyə görə bizə təşəkkür etdi. Ona ilk növbədə, final oyunu xoş gəlmişdi. Bir də ona görə ki, ilk dəfədir, stadionda bu qədər tamaşaçı toplaşmışdı. Bəli, təşkilatçılıq da yaxşı səviyyədə idi. Mənə elə gəlir ki, məğlubiyyətə rəğmən, bu, “Qəbələ”nin ən yaxşı oyunlarından biri idi.

- İzmaylovun dəvəti özünü doğrultdu?
Əlbəttə, Azərbaycanda əla bir futbolçu gördülər. Xüsusilə də, İzmaylovun heç də yaxşı olmayan ilk oyunları fonunda. Sadəcə, bir qədər səbir etmək lazım idi. Axı Marat kifayət qədər uzun müddət oynamamışdı... Bunun müqabilində, Kubokun finalında mən Rusiya premyer-liqasının istənilən komandasında çıxış edə biləcək superoyunçu gördüm. Məncə, buna görə “Portu” onu geri alır... Penaltini vurmamağı və bizim məğlub olmağımıza rəğmən, İzmayılov bu gün oyunun ən yaxşı oyunçusu idi.
(SE)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail