Sabah Qəbələ Kubokuna start veriləcək

28.05.2014 | 3468 dəfə oxunub

Uşaq futbolunun inkişafını daim diqqət mərkəzində saxlayan, bu istiqamətdə böyük layihələr həyata keçirən “Qəbələ” İdman Klubu III Qəbələ Kubokunun startına hazırlaşır. STadium.az xəbər verir ki, bununla əlaqədar olaraq, "Qəbələ" klubun rəsmi saytı vasitəsilə press-reliz yayıb:

"Klubumuzun təşkilatçılığı ilə Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar  arasında bu il üçüncüsü baş tutacaq beynəlxalq turnir təşkil edilir. Bir çox cəhətdən ilklərlə zəngin olan və  ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən birinci beynəlxalq  turnir kimi tarixə düşən Qəbələ Kuboku bu il də Avropanın tanınmış  kollektivlərini Azərbaycana gətirir.  “Liverpul” (İngiltərə), “Fənərbağça” (Türkiyə), “Anderlext” (Belçika), “Rapid” (Avstriya), “Lokomotiv” (Rusiya), “Udineze” (İtaliya) komandalarının  iştirakı ilə keçiriləcək turnirdə Azərbaycan “Neftçi” və “Qəbələ” ilə təmsil olunacaq.

29 may - 1 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Fənərbağça”, “Udineze” və “Liverpul”, B qrupunda isə “Neftçi”, “Anderlext”, “Rapid” və “Lokomotiv” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail