"Azərbaycan çempionatında çıxış edən oyunçulardan..."

29.05.2014 | 3619 dəfə oxunub

“Araz” futzal klubunun sabiq qapıçısı Aleksey Popov championat.com saytına müsahibəsində “Araz”da keçirdiyi oyunlar, klubla birgə qazandığı Azərbaycan çempionluğu və UEFA Kubokunun bürünc mükafatı haqda danışıb. Stadium.az Popovun fikirlərini diqqətinizə çatdırır:
Popov “Araz”ı özü üçün uğurlu komanda hesab edir: “Komandaya icarəmin sayəsində 14 illik silsiləmin davamı gəldi. Bu müddətdə hər mövsümdə ən azı, bir qənimət qazanmışam və bu, həqiqətən uğurlu səfər idi”.
Qapıçı bir çox məşhur futzal mütəxəssislərinin: Kaka, Andrey Yudin və digərlərinin ölkəmizdəki işini qeyd etməklə yanaşı, “Araz”ın Dördlər finalındakı çıxışı timsalında Azərbaycan mini-futbolunun gücünü qeyd edib: “Özünüz mühakimə edin, Dördlər Finalında bir oyun belə, məğlub olmadıq. “Barselona” ilə heç-heçə oynayıb, penaltilər seriyasında məğlub olduq. UEFA Kubokunun ötən turnirdəki qalibini isə məğlub edərək, üçüncü olduq”.
Popov ölkəmizin mini-futbolunu Rusiya futzalı ilə müqayisə edib və futzalımızı yalnız “Araz”la məhdudlaşdırmayıb: Təbii ki, orta səviyyə Rusiya futzalından aşağıdır. Ancaq yaxşı səviyyəli dörd klub var ki, orada bizim ölkəmizdə də unudulmamış legionerlər çıxış edirlər. Hesab edirəm ki, Azərbaycan çempionatında çıxış edən oyunçulardan  çoxları Rusiya komandalarını gücləndirə bilərlər. Ancaq buna legioner limiti əngəl törədir...”.
Popov Azərbaycanda keçirdiyi üç ayın futzaldankənar anlarını səciyyələndirib: “Əsası, indi dost deyə biləcəyim adamlarla tanış oldum. İnsanlar - ən əsas qazancdırlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail