Parks zədələndi, Karqbo Afrikaya getmək məcburiyyətində qaldı

14.07.2011 | 6495 dəfə oxunub

"Bakı" növbəti mövsümün  hazırlıqlarının Bakı mərhələsinə dünən keçirdiyi bir məqşlə start verdi. Saat 19-da klubun təlim-məşq bazasında baş tutan məşq bir saat davam etdi. İlk məşq fiziki təmrinlərlə başlayıb, topla çalışmalarla yekunlaşdı.
Məşqdə cərrahiyyə əməliyyatı keçirən və bərpa prosesi keçən Əziz Quliyev və  9 iyulda Xorvatiyanın "İstra" klubu ilə oyunda topuğundan zədə alan Uinston Parks həkim nəzarəti altında fərdi məşq keçdilər. Bildirək ki, Parksın zədəsi ciddi deyil və iki gündən sonra komanda ilə birgə çalışacaq.
"Bakı"nın dünən keçirilən məşqində 3 futbolçu iştirak etmədi. 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov, Rəhman Hacıyev və pasportunda yaranan problem səbəbindən Syerra-Leoneyə yollanan İbrahim Karqbo komandaya bir neçə gündən sonra qoşulacaqlar.

Əlavə etmək yerinə düşər ki, sabahdan məşqlərin intensivliyi artırılacaq və futbolçular gündə 2 dəfə məşqə çıxacaqlar. 
2 gün sonra, daha dəqiq desək, 15 iyul tarixində ikitərəfli oyun keçirilməsi planlaşdırılır.
17 iyulda yenidən Sloveniyaya yollanacaq "Bakı" 12 gün ərzində məşq edəcək və 4 yoldaşlıq oyunu keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail