"Simurq": ötən mövsümə ümumi baxış

02.06.2014 | 3487 dəfə oxunub

2012/13-cü il mövsümünü dördüncü pillədə tamamlayan “Simurq”, bu ilə də iddiasını ortaya qoyaraq başlamışdı. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Avroliqaya düşməyi qarşısına hədəf qoyan Zaqatala təmsilçisi qısa istirahətdən sonra, gərgin iş rejiminə start verdi.

 

Çalışmalara heyətdə böyük dəyişikliklərlə başlanıldı. Demək olar ki, komanda yenidən kompleksləşdirildi. Bir çox futbolçu ilə yollar ayrıldı və yeni simalar dəvət olundu. 2012/13-cü il mövsümündə “Simurq”da forma geyinmiş 26 futbolçudan cəmi 10 nəfəri komandada qaldı. 
 

Təlim-məşq toplanışı və keçirilən yoldaşlıq görüşləri

 

Təlim-məşq toplanışının planına uyğun olaraq məşqlərə iyunun 17-dən start verildi. Bakıda bir araya gələn “Simurq”, daha sonra Türkiyədə və Avstriyada hazırlıq keçdi.
 

Hazırlıq mərhələsi Mərdəkanda yerləşən “Karvan Palace” otelində məskunlaşaraq başlanıldı. İyunun 21-nə qədər burada fiziki gücün artırılmasında ibarət çalışmaları yerinə yetirən komandamız, iki günlük istirahətdən sonra təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşdü.
 

İyulun 8-nə qədər Kartepedə məskunlaşan Zaqatala təmsilçisi üç yoldaşlıq görüşündə gücünü sınaqdan keçirtdi. Əvvəlcə “Spartak-Nalçik”lə qaşılaşan və 1:0 hesabı ilə məğlub olan komandamız, iyulun 3-də və 7-də Gürcüstanın “Dila” klubu ilə üz-üzə gəldi. İlk görüş 3:3, ikinci matç isə 1:1 hesablı heç-heçə ilə başa çatdı. Bu mərhələdə 7 futbolçu baxışdan keçirildi və onlardan yalnız qapıçı Pavel Kapsa ilə müqavilə imzalandı.
 

Təlim-məşq toplanışının Avstriya mərhələsinə “Simurq” iyulun 13-də start verdi. “Kayzer”otelində məskunlaşan komandamız, dörd yoldaşlıq görüşü keçirtdi. İlk rəqib Yunanıstanın “Olimpiakos” klubu oldu və Gerogi Çixradzenin yetirmələri güclü rəqiblə görüşdə 2:1 hesabı ilə məğlub oldu. İkinci görüş "İstanbul Böyükşəhir Bələdiyyəspor"la oldu və oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı. İyulun 24-də Zaqatala təmsilçisi daha bir İstanbul nəhəngi ilə yoxlama oyunu keçirtdi. Komandamızın Avstriyadakı üçüncü rəqibi “Beşiktaş” klubu oldu və ilk hissəsi qolsuz heç-heçə ilə bitən görüşdə, Zaqatala təmsilçisi 2:1 hesabı ilə məğlub oldu. Sonuncu yoldaşlıq oyununda isə “Simurq” iyulun 27-də Macarıstan təmsilçisi "Zalaeqerseq"lə üz-üzə gəldi və minimal hesabla rəqibi məğlub edərək Avstriya hazırlığını tamamlayaraq, ölkəyə qayıtdı. Baxışdan keçirilmiş yeddi futbolçudan isə Patrik Osiako, Raul Kostin və Draqan Çeranla müqavilə imzalandı.    
 
 
Mövsümün startı və nəticə
 

“Zaqata şəhər stadionu”nun süni ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar “Simurq”  XV tura qədər Bakıda məskunlaşmağa məcbur oldu və ev oyunlarını gah “Qəbələ şəhər stadionun”da, gah da “Şəfa stadionun”da keçirtdi.

 

2013/14-cü il mövsümünün startı avqustun 3-də verildi və “Simurq” Qəbələdə “Rəvan”ı 2:0 hesabı ilə məğlub etdi. Komandamızın ilk qolunun müəllifi isə Stepan Polyak oldu. Bunun ardınca Lənkəranda qolsuz heç-heçə edən “sarı-qaralar”, mövsümdəki ilk məğlubiyyəti III turda “Neftçi” ilə görüşdə qeydə alındı.

 

Dörd dövrədən ibarət olan Topaz Premyer Liqasının cari mövsümünün ilk mərhələsində komandamız 13 xal hesabına yazdıra bildi. İkinci dövrədə 3 turda məğlub olan, 3 turda heç-heçə edən və 3 turda qalib gələn “Simurq” fasiləyə hesabında 25 xalla yollandı.    
    

Qış təlim-məşq toplanışı üçün Antalyaya yollanan komandamız yanvarın 8-dən 26-na qədər Side bölgəsində yerləşən “Sueno” otelində məskunlaşdı. Bundan sonra hazırlıqları Zaqatalada davam etdirən “sarı-qaralar”, III dövrəyə “Neftçi” ilə oyunla start verdi və 3:0 hesabı ilə məğlub oldu. Növbəti iki görüşdə də qələbəyə həsrət qalan komandamız, III dövrənin qalan 6 oyununda məğlub olmadan hesabına 14 xal əlavə etdi və Avroliqaya çıxmaq şanslarını sürdürdü.

 

Artıq növbəti matç Zaqatala təmsilçisi üçün son ümid, son şans idi. Ancaq növbəti “Bakı” və ardıyca “İnter” məğlubiyyəti komandamızın işini çətinləşdirdi. Üstəlik səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə “Simurq”a ağır zərbə vurdu. Sonuncu dövrədə komandamız ilk qələbəsin artıq çempionluğun bir addımında olan “Qarabağ”la görüşdə qazandı. Bu üç xal və rəqiblərin büdrəməsi “sarı-qaraları” qarşıya qoyulmuş məqsədə çatmaq üçün yenidən ümidləndirdi. Ancaq “Qəbələ”ylə görüşdəki məğlubiyyət hər şeyin üstündən xətt çəkdi. Növbəti dörd oyunda da hesabına 3 xal yazdıran “Simurq” Topaz Premyer Liqasının 2013/14-cü il mövsümünü 7-ci pillədə tamamladı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail