"Qəbələ"nin yeni baş məşqçisinin adı məlum oldu

03.06.2014 | 4033 dəfə oxunub

"Qəbələ"nin yeni baş məşqçisi bu gün ölkəmizə gəlir. Stadium.az xəbər verir ki, bu Kiprin AEL klubunun çalışdırıcısı İvaylo Petevdi.

"Qəbələ" rəhbərliyi 38 yaşlı çalışdırıcı ilə ötən həftə müqavilə imzalamalıydı. Lakin Petevin komandasının Kipr çempionatında bir oyunu qaldığından anlaşmanın rəsmiləşməsi yubandı. Belə ki, APOEL və AEL komandaları arasındakı çempionluq görüşü mayın 17-də baş tutmalı idi. Oyun zamanı aranın qarışması matçın təxirə düşməsinə səbəb olub və görüş mayın 31-də keçirilib. AEL son oyunda rəqibinə minimal hesabla məğlub olaraq, çempionluğu əldən verib.

Kipr komandası ilə yollarını ayıran Petev bu gün Bakıya gələcək və tərəflər arasında müqavilə imzalanacaq. Mütəxəssisin son klubu Kipr AEL-i olub. Bir mövsüm çalışdığı Limassol təmsilçisinə isə gənc çalışdırıcı gümüş medal qazandırıb. (futbolinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail