İntizam Komitəsinin qərarları

03.06.2014 | 3717 dəfə oxunub

28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununun 113-cü dəqiqəsində “Binə” klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Stadium.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu hadisədən sonra oyunun 114-cü dəqiqəsində “Binə” klubunun azarkeşləri meydana daxil olmuş və “Çağırğan” klubunun futbolçularına hücüm etmişlər. Buna cavab olaraq “Çağırğan” klubunun azarkeşləri də meydana daxil olmuş və tərəflər arasında insident yaşanmışdır. Hakimin, polisin və AHFF-in nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilmişdir. Oyunsonrası mükafatlandırma mərasimində “Binə” klubunun bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atmışlar.

1. “Binə” komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarından kənarlaşdırılsın.
2. “Binə” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarınnan kənarlaşdırılsın.
3. “Binə” klubunun baş məşqçisi Məmmədəli Ağatalıbov növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulsun.
4. “Çağırğan” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş tribunalar qarşısında keçirsin.
5. 28 may 2014-cü il Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” matçının 62-ci dəqiqəsində “Binə” klubunun 2 №-li futbolçusu Musayev Vüqar sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6. Oyunun 113-cü dəqiqəsində “Binə” klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır (maddə 38.3).

1 iyun 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Viləş” – “Səhliyalı” matçının 88-ci dəqiqəsində “Səhliyalı” klubunun 66 №-li futbolçusu Babayev Ramil öz baş məşqçisini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
30 may 2014-cü il futzal üzrə Həvəskərlar birinciliyinin “Azərcell” – “Zirvə” matçının 24-ci dəqiqəsində “Azərcell ” klubunun 13 №-li futbolçusu Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 38.5).
Oyunun 37-cı dəqiqəsində “Zirvə” klubunun 55 №-li futbolçusu Qeyrət Əliyev və “Azercell” klubunun 15 №-li futbolçusu Fəyyaz Hüseynov, oyunun 38-ci dəqiqəsində “Zirvə” klubunun 10 №-li futbolçusu Səid Seyidov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir oyunçu 3 oyun cəzalanır.(maddə 42.1).
Oyunun 40-cı dəqiqəsində “Zirvə” klubunun 24 №-li futbolçusu Fərdi Rəhimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail