"Xəzər Lənkəran" onu gətirir?

03.06.2014 | 4576 dəfə oxunub

Mustafa Dənizlidən canını qurtarıb Mirça Redniki gözlətdirən «Xəzər Lənkəran»ın maraq dairəsinə daha bir tanınmış mütəxəssis düşüb. Mirça Luçesku, Şenol Günəş və Abdullah Avcıdan sonra Ertuğrul Sağlam bu siyahıdadı. 

"Palmali"nin İstanbul ofisinin aparıcı simalarından biri «Eskişehirspor»u çalışdıran mütəxəssislə yaxından maraqlandıqlarını ona bildirib. Ötən mövsüm Superliqada 12-ci pilləni tutan Es-Es hazırda ciddi maliyyə sıxıntısı içindədi. Borc içində üzən anadolulları kubokun finalına çıxaran, bununla da, avrokuboklarda iştirakını təmin edən Sağlam yaxınlarda daha bir problemlə üzləşib.

 Rəhbərlik yüksək ödənişli əksər aparıcı oyunçuları satmaq qəraına gəlib. Təbii ki, «Bursaspor»u Türkiyə çempionu edən, beləliklə də, 4 nəhəngin hakimiyyətinə son verən tanınmış mütəxəssis bu vəziyyəti sakitcə seyr etmək fikrində deyil.

  Türkiyəli həmkarımızın dediyinə görə Ertuğrul bəyin personasına Mübariz Mənsimov da simpatiya bəsləyir. XL-ın patronunun onu hələ keçən il Azərbaycana gətirmək istədiyi bildirilir. Məlumata görə, yaxın günlərdə xaricdən İstanbula qayıdacaq klubun sahibi Sağlamla bağlı yaxın çevrəsiylə son məsləhətləşmə aparacaq. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail