"Qarabağ" kimləri qabaqladı?

05.06.2014 | 6527 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Stadium.az xəbər verir ki, 200 klubun yer aldığı siyahıda ölkəmizi yenə bir komanda təmsil edir.

Ötən ayla müqayisədə 8 pillə irəliləyən "Qarabağ" klubu 111-ci pillədə qərarlaşıb. Aktivində 122 xal olan Ağdam təmsilçisi Fransanın "Sent Etyen" və İsrailin "Makkabi" (Hayfa) klubları ilə eyni pilləni bölüşür.

Qurban Qurbanovun komandası dünya reytinqində "Udineze" (125), "Liverpul" (130), "Everton" (133), "Atletik" (Bilbao, 136), "Volfsburq" (146) və "Fənərbaxça" (180) kimi komandaları geridə qoyub.

Siyahıya isə ötən mövsüm bütün titulları qazanan "Bavariya" klubu başçılıq edir. Hesabına 336 xal olan Münhen təmsilçisi bütün rəqiblərini qabaqlayıb. Madrid "Real"ı ikinci, Madrid "Atletiko"su isə üçüncü olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail