Bakıdakı turnirin ən yaxşıları məlum oldu: Bombardir Azərbaycan millisindən!

06.06.2014 | 3349 dəfə oxunub

Ötən gün Bayıl stadionunda İran və Türkiyənin 17 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş final oyunu ilə 4-cü "Caspian Cup" beynəlxalq turnirinə yekun vuruldu. Stadium.az xəbər verir ki, rəqibini 1:0 hesabı ilə məğlub edən İran yığması turnirin qalibi adını qazanıb.

3-cü yer uğrunda qarşılaşmada Tacikistan komandasına 4:0 hesabı ilə qalib gələn Azərbaycan U-17 yığması turniri mükafatçılar sırasında başa vurub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final oyununun hakimlərinə xatirə hədiyyələri verilib. Özbəkistan yığması Feyr Pley mükafatına layiq görülüb. 4 qolla turnirin bombardiri olan Səid İbadova xüsusi mükafat verilib. İran yığmasının qapıçısı Nejat Farid "Turnirin ən yaxşı qapıçısı", Türkiyə komandasının üzvü Enis Durak isə "Turnirin ən yaxşı oyunçusu" seçilib.

3-cü yerin sahibi Azərbaycan U-17 yığmasına bürünc, finalda məğlub olmuş Türkiyə komandasına gümüş, turnirin qalibi İran futbolçularına isə qızıl medallar və kubok təqdim olunub.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranı Nazim Süleymanov və “Clear” şirkətinin nümayəndəsi təqdim ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail