"Püşk bizə çətin rəqiblər verməsə, yolumuz daha uzun ola bilər" MÜSAHİBƏ

06.06.2014 | 4250 dəfə oxunub

"İnter"in ispaniyalı yarımmüdafiəçisi Mikel Alvaro klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, Alvaro istirahəti barədə danışıb, toplanışın gedişi haqqında söhbət açıb və komandanın Avropa Liqasındakı şanslarını dəyərləndirib.

-Çətin mövsümü geridə qoyduq. Sonda "İnter" çempionatı ikinci pillədə başa vurdu və Avropa Liqasına vəsiqə qazandı. Mövsümü necə dəyərləndirərdiniz?

-Çempionatdakı startımız kifayət qədər uğursuz alındı, bir neçə oyunda ardıcıl məğlub olduq və turnir cədvəlinin son pillələrində idik. Bunları yada salaraq deyə bilərəm ki, mövsümü uğurlu şəkildə başa vurduq. Əvvəlki uğursuzluğu qeridə qoya bildik və çempionatı ikinci yerdə başa vurduq. Hətta mövsümün sonunda çempionluq şanslarımız da yaranmışdı, lakin sonda qalib gələn tərəf "Qarabağ" oldu. Bu komanda həqiqətən də gözəl mövsüm keçirdi. Onlar həqiqətən birinci yerə layiq idilər.

-Startda həqiqətən də çox uğursuz çıxış etdik. Sizin fikirinizcə, bu uğursuzluq nə ilə bağlı idi?

-Düşünürəm ki, mövsümün əvvəlindəki uğursuz çıxışımızın bir neçə səbəbi var idi. Yayda komandaya çoxlu sayda yeni futbolçu gəlmişdi və onların uyğunlaşması üçün vaxt lazım idi. Bu uğursuzluğun ən birinci səbəbi elə bu idi. Buna baxmayaraq, komanda özündə güc tapıb bu çətin durumdan çıxış yolunu tapmağı bacardı.

-Ağır mövsümdən sonra komanda istirahətə yollandı. Maraqlıdır, siz istirahəti necə keçirdiniz?

-İstirahətimi yaxşı keçirmişəm. Ailəmlə birgə idim, bundan başqa dostlarımla da görüşməyə imkan tapdım. İstirahət üçün cəmi iki həftəmiz var idi, bu vaxtın az olmasına baxmayaraq yaxşı dincəldim. Mövsümün yorğunluğunu özümdən uzaqlaşdıra bildim.

-Yaxşı istirahətdən sonra yenidən məşqlərə başlamaq çətin olmadı?

-Yenidən məşqlərə başlamaq çətin olmadı. Komandanın sıralarında yeni perspektivli oyunçular var və hamı canla-başla çalışmaqdadır. Artıq 5 gündür ki, Türkiyədəyik və məşq prosesi öz axarıyla davam edir.

-Türkiyədəki təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsiniz?

-Burada gündə iki dəfə məşq edirik. Trenajor zalında işləyirik, qaçırıq və digər tapşırıqları yerinə yetiririk. Öz üzərimizdə çalışmalıyıq. İrəlidə bizi Avropa Liqası gözləyir və bu turnirin çətin oyunlarına tam şəkildə hazır olmalıyıq.

-Mövsümün əvvəlində siz sanki öz oyununuzu tapa bilmirdiniz, lakin qış fasiləsindən sonra daha yaxşı təsir bağışladınız.

-Bunun bir neçə səbəbi var. Mövsümün əvvəlində komandaya uyğunlaşma prosesi keçirdim, bundan başqa ayağımda zədə də var idi. Daha sonra immun sistemim bir qədər zəifləmişdi, lakin buna baxmayaraq artıq yanvarda Antalyada baş tutmuş təlim-məşq toplanışında özümə gəldim və mövsümün ikinci hissəsini daha gözəl şəkildə keçirdim. Çalışacağam ki, növbəti mövsümdə komandama daha böyük xeyir verim.

-Bir neçə il Gürcüstan Çempionatında çıxış etmisiniz və daha sonra Azərbaycana gəldiniz. Çoxları Azərbaycan Çempionatının daha yüksək səviyyəyə malik olduğunu söyləyir, siz hər iki ölkədə oynamış biri kimi bu fikirlə razılaşa bilərsiniz?

-Gürcüstan Çempionatında iki mövsüm forma geyindim və bu illər mənim üçün uğurlu oldu, amma etiraf etmək lazımdır ki, Azərbaycan Çempionatı daha güclüdür. Buradakı klublar inkişaf edir və burada daha güclü futbolçular çıxış edirlər. Düşünürəm ki, Azərbaycan futbolu ildən-ilə daha da güclənəcək.

-Təxminən bir aydan sonra "İnter" Avropa Liqasında mübarizəyə qoşulacaq. Sizcə komandamız qitəmiqyaslı yarışda ölkəmizi yaxşı şəkildə təmsil edə biləcəkmi?

-Bir neçə dəfə qitəmiqyaslı yarışlarda iştirak etmişəm və əminliklə söyləyə bilərəm ki, bu yarışlarda ən önəmli faktlardan biri püşkatmadır. Püşk bizə çətin rəqiblər verməsə, o zaman yolumuz daha uzun ola bilər. Əslində ötən il də "Tromse" komandasına qalib gələ bilərdik, lakin bəxtimiz gətirmədi. Səfərdə keçirilmiş oyunda pis təsir bağışlamadıq, lakin adi səhvlərdən iki qol buraxdıq və məğlub olduq. Bu rəqibi keçə bilərdik, amma təəssüflər olsun ki, alınmadı.

Bu il daha yaxşı çıxış etmək istəyirik. İlk mərhələdə səpələnmiş komandalar sırasında yer alacağıq və bu da bizə daha asan rəqib qazandıracaq. Növbəti mərhələyə çıxsaq, daha güclü komanda ilə üz-üzə gələ bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail