Azərbaycan jurnalistləri Avropa çempionatına iddialı başladı

06.06.2014 | 3306 dəfə oxunub

Stadium.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlər arasında mini-futbol üzrə Avropa çempionatı keçirilir. Yarışda Almaniya, Ukrayna, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya komandaları ilə yanaşı Azərbaycan jurnalist futbolçuları da iştirak edirlər. Püşkatmanın nəticəsinə görə "B" qrupunda yer alan komandamız çempionatda ilk oyununu Ukraynaya qarşı keçirib.

Ukrayna millisi Avropa çempionatının favoritlərindən sayılsa da Azərbaycanın jurnalist futbolçuları əsl əzmkarlıq nümayiş etdirərək rəqinə 2:1 hesabı ilə qalib gəlib. Ukraynalıların qapısına hər iki qolu ATV telekanalının operatoru Nurani İsgəndərov vurub. Sonra jurnalist futbolçularımız Litva komandası ilə qarşılaşıb. Gərgin keçən matç Azərbaycan jurnalistlərinin minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolun müəllifi tanınmış jurnalist Emin Abbasov olub.

Bu qələbədən sonra komandamız qarşıda Almaniyaya qarşı oyunun olmasına baxmayaraq qrup birinciliyini təmin edib. Qolkiperimiz Faiq Əzizovun peşəkarlığı, jurnalist futbolçularımız Gündüz Abbaszadə, İlkin Fikrətoğlu, Erkin İbrahimov, Rəşad Qəmərşahoğlu, Anar Məmmədov, Cavid Allahverdiyev və Elnur Əşrəfoğlunun əzmkarlığı qələbələrin qazanılmasında böyük rolu olub.  Azərbaycan nümayəndə heyətinin rəhbəri İdman Jurnalistləri Assosiasiyasının(AİJA) prezidenti Eldar İsmayılovdur. Komandamız yarışda "Myvideo.az" adı altında mübarizə aparır.  

Qrup mərhələsinin ilk oyunlarından sonra jurnalstlər arasında Avropa çempionastının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Kişinyov şəhərinin meri Dorin Kirtoake, Moldova Futbol Federasiyasının rəhbəri Pavel Çebanu, Moldova Gənclər və İdman naziri Oktavian Bodiştyanu, bu ölkənin İdman Jurnalistləri Assosiasiyasının icraçı direktoru Eduard Çobanu çıxış edərək yarışın əhəmiyyətindən danışıblar. Bu cür yarışların jurnalistlər arasında idman mübarizəsi ilə yanaşı dostluq əlaqələrinin genişləməsinə kömək edəcəyini bildiriblər. Qeyd edək ki,yarışlar bitdikdən sonra Kişinyovda "İdmanın təbliğatında KİV-in rolu" mövzusunda beynəlxalq seminar keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail