"İnter" ölkəmizi layiqincə təmsil edəcək" MÜSAHİBƏ
"İnter"in aparıcı futbolçularından biri Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, Məmmədov müsahibəsində istirahəti barədə danışıb, toplanışın gedişi haqqında söhbət açıb və komandanın Avropa Liqasındakı şanslarını dəyərləndirib.
-Asif, İnter mövsümü 2-ci pillədə başa vurdu. Bu nəticəni necə dəyərləndirə bilərsiniz?
-Mövsümə yaxşı başlamadıq, ancaq yekunu yaxşı dəyərləndirmək olar. Startda bir neçə uğursuz oyunlarımız oldu. Heç kim inanmırdı ki, birinciliyə bu gədər yaxın olacağıq. Bizə göstərilən dəstəyə görə, "İnter" PİK-ın rəhbərliyinə və azarkeşlərə böyuk minnətdarlığımı bildirirəm. Birliyimiz sayəsində 2-ci yeri tutduq.
-Bəs mövsüm ərzində çıxışınızdan razı qaldınız?
-Bu mövsüm keçən illə müqayisədə o qədər də çıxış etmədim. Amma ümümilikdə pis deyildi.
-İki həftəlik istirahətdən sonra komanda yenidən bir araya gəldi və ilk toplanış əsasən fiziki hazırlıqdan ibarətdir. Türkiyə toplanışı barədə nə deyə bilərsəniz ?
-Hazırlıq plana uyğun gedir, gündə üç dəfə məşq edirik. Bu toplanışda da əsas fiziki hazırlığa güc verilir. Hər şey öz yolundadır.
-İrəlidə komandanı Avropa Liqasının oyunları gözləyir. Necə düşünürsünüz, “İnter” bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcək?
-Bizim əsas məqsədlərimizdən biri Avropa Liqasının oyunlarına vəsiqə qazanmaqdan ibarətdir. Biz də bunun öhdəsindən gəldik. Bundan sonrakı məqsədimiz öz üzərimizdə işləməklə avrokubok turnirində heç olmasa 3 mərhələdən keçməkdir. Düşünürəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək. Hər şey özümüzdən asılıdır.
-Artıq “İnter”in ilk mərhələdəki bütün potensial rəqibləri bilinir. Maraqlıdır, komandamıza hansı ölkədən olan rəqibin düşməsini istərdiniz?
-Rəqibin kimliyindən asıllı olmayaraq biz hazır olmalıyıq. Avropa Liqasında asan rəqib yoxdur. Düzdür, komandamızda yeni oyunçular az deyil, amma birliyimiz və əhval-ruhiyəmiz bizi qələbəyə doğru aparacağına inanıram.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |