AFFA məmuru ailəsini və qohumlarını Braziliyaya apardı

12.06.2014 | 4096 dəfə oxunub

AFFA-nın rəsmi saytında verilən məlumata görə, qurumun baş katibi Elxan Məmmədov Brazilyanın San Paulu şəhərində keçiriləcək FİFA-nın 64-cü konqresində iştirak etmək üçün bu ölkəyə yollanıb.

Stadiumaz xəbər verir ki, Elxan Məmmədovla bərabər AFFA-nın texniki departamentinin rəisi Zaur Hacı Məhərrəmov da Braziliyaya geidb. Publika.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın baş katibi Braziliyaya təkcə konqresdə iştirak etmək üçün getməyib. Elxan Məmmədov dünya çempionatının keçirildiyi ərəfədə Braziliyada istirahət edəcək, mundialın qarşılaşmalarını da izləyəcək. Baş katib Bakı-İstanbul-San Paulu reysinə tək yox, ailəsi və bir neçə yaxın qohumu ilə minib.

Maraqlıdır, AFFA-nın baş katibi ailəsini və qohumlarını uzaq Braziliyaya hansı vəsaitlə aparıb? Onlar dünya çempionatının oyunlarına bileti necə əldə ediblər, öz hesablarına, yoxsa FİFA-nın AFFA-ya ayırdığı biletlər hesabına?

Məsələyə AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu münasibət bildirib. Mikayıl Nərimanoğlu bildirdi ki, baş katib Braziliyaya istirahətə yox, konqresdə iştirak etmək üçün gedib: “Elxan Məmmədovun Braziliyaya ailəsi və qohumları ilə getməsi barədə bizdə məlumat yoxdur”. (Publika.az) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail