"Neftçi" üzr istədi

15.07.2011 | 5741 dəfə oxunub

Stadium.Az xəbər verir ki, "Neftçi" azarkeşlərə və futbol ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:
"2010/11 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Neftçi" PFK UEFA Çempionlar Liqasına yüksək səviyyədə hazırlaşıb. Türkiyə və Avstriyada təlim-məşq toplanışı keçən komandamız güclü klublarla yoxlama görüşündə qüvvəsini sınayıb. Flaqman Avstriyada Çexiya və Albaniya çempionları, eləcə də Rumıniya vitse-çempionu ilə qarşılaşıb. Bir sözlə, "Neftçi" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə oyunları üçün maksimal dərəcədə hazırlıq keçib.
Bununla belə, "ağ-qaralar" püşkün bəxş etdiyi Avropanın güclü komandalarından biri - Xorvatiya çempionu "Dinamo" ilə iyulun 13-də keçirilən səfər oyununda acınacaqlı hesabla məğlub oldu. Buna görə də məşqçilər korpusu və futbolçular adından futbol ictimaiyyəti, kütləvi informasiya vasitələri, eləcə də azarkeşlərə üzrxahlıq edərək, bildiririk ki, iyulun 19-da baş tutacaq cavab oyununda məğlubiyyətin əvəzini layiqincə çıxmağa çalışacağıq. Sizlərdən "Neftçi"yə bu yolda yardımçı olmağı, sevimli və doğma komandanızı sonadək dəstəkləməyinizi xahiş edirik.
"Neftçi" PFK olaraq iyulun 19-da "Dinamo" ilə keçiriləcək cavab oyununda komandamızın gözəl oyun göstərərək, məğlubiyyətin əvəzini layiqincə çıxacağına inandığımızı bildiririk".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail