Əmrah Çəlikəl: "Azərbaycanı layiqincə təmsil edəcəyik"

15.07.2011 | 3827 dəfə oxunub

"Qarabağ" rəhbərliyi püşkatmanın nəticəsinə münasibətini bildirib.
Staduim.Az xəbər verir ki,  Ağdam klubunun direktoru Əmrah Çəlikəl Belçika "Brügge"sini keçmək iqtidarında olduqlarını bildirib.
Amma klub rəsmisi hazırda Farer adalarının "Streymur" klubu ilə oyunu düşündüklərini söyləyib: "Elə hazırda da biz Farer adalarından qayıdırıq və indi Danimarkadayıq. Hələlik "Streymur"la oyunu düşünürük. Yalnız bu komandanı keçdikdən sonra məşqçi heyətimiz "Brügge" ilə bağlı lazımı məlumatları toplayıb, rəqibi təhlil edəcək".

Çəlikəl üçüncü təsnifat mərhələsindəki rəqiblərinin gücünə baxmayaraq, Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək istədiklərini bildirib: "Brügge"nin güclü rəqib olduğunu hamı yaxşı bilir. Amma "Qarabağ" bu komandanı keçməyə qadirdir. İnşallah, "Streymur" səddini adladıqdan sonra "Brügge"ni keçmək üçün bütün lazımı tədbirlər görüləcək. "Qarabağ" "Brügge"dən qorxmur. Nə qədər güclü komanda olsa da, Azərbaycanı layiqincə təmsil edəcəyik".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail