Muntyanu: "Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdur" - MÜSAHİBƏ

15.06.2014 | 3797 dəfə oxunub

"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu təyinatı ilə bağlı ilkin təəssüratlarını klubun rəsmi saytına bölüşüb. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdur. Məqsədə nail olmaq üçün işə uğurlu başlamaq önəmli şərtdir. Başlanğıc necə olursa, sonra elə də davam edir. Özümə və komandama uğurlu mövsüm arzulayıram. Bu isə o deməkdir ki, nəticəmiz ötən mövsümdən yaxşı olsun. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.
 
- Qısa müddət sonra "Qəbələ"ni Avropa Liqasında çətin sınaq gözləyir...

- Avropa Liqasına az vaxt qalması böyük problem deyil. Önümüzdəki 2 həftə yarım zaman kəsiyi hazırlaşmağa kifayət edəcək. Vacib olan heyəti formalaşdırmaq, rəqabət qabiliyyətli komanda yaratmaqdır.

- Yəqin ki, komanda üçün yaradılan şərait barədə məlumatlısınız...

- Buradakı hazırlıq şəraiti çox yaxşıdır. Əldə etdiyim məlumata görə Qəbələdəki şərait də yüksək səviyyədədir. Rəhbərlik də həmişə komandaya yaxından dəstək olur. Bunlar vacib faktorlardır.

- Son olaraq məşqçilər korpusu barədə...

- Köməkçilərim qısa müddətdə kollektivə qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andei Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail