"Araz Naxçıvan" Latviyadan hücumçu gətirdi

16.06.2014 | 3730 dəfə oxunub

Legioner qadağası “Araz Naxçıvan”ın məşqçilər korpusunun əl-qolunu tamamilə bağlayıb. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ona görə də “Araz Naxçıvan” heyətini tamamilə yerli futbolçulardan və ya Azərbaycanla bağlılığı olan futbolçulardan qurmalıdır. Buna qədər Qərib İbrahimov, Emin Cəfərquliyev, Cahangir Həsənzadə və Ruslan Nəsirli ilə anlaşan “Araz Naxçıvan”ın növbəti transferi hücumçu olacaq. Belə ki, baş məşqçi Əsgər Abdullayev milli komandamızın sabiq üzvü Vüqar Əsgərovu gətirir. “Sumqayıt”dan ayrıldıqdan sonra Latviyaya getmiş Vüqar Əsgərov sabah (bu gün) Azərbaycanda olacaq. 29 yaşlı hücumçu ilə Naxçıvan klubunun 1 illik müqavilə imzalayacağı gözlənilir. Vüqar da bu məsələni inkar etməyib: “Bəli, Azərbaycana gəlirəm. Sabah inşallah vətəndə olacağam. İki gün içində hər şey bəlli olacaq. Mən Azərbaycanda yenidən oynamağı çox istəyirəm”. Qeyd edək ki, Əsgərov Latviyada “Metallurq”, “Elqava”, “Yurmala” kimi klublarda çıxış edib. Hücumçu bir müddət Azərbaycan yığmasına da dəvət alıb. (arazpfc.az) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail