"Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm"

16.06.2014 | 3947 dəfə oxunub

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" transfer çalışmalarını da sürdürməkdədir. Stadium.az xəbər verir ki, "Qarabağ" Danilo Dias, Tərlan Quliyevin ardından daha bir keçidi rəsmiləşdirib. "Qarabağ" ölkəmizin gənc və istedadlı futbolçularından sayılan Cavid Tağıyevi transfer edib.

22 yaşlı Cavid Tovuz futbolunun yetirməsidir. Millimizin aşağı yaş qruplarının formasını geyinir. Yarımüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Cavidlə 3 illik müqavilə bağlanıb. İstedadlı yarımmüdafiəçi komandada 77 nömrəli formanı geyinəcək. Cavid klubun rəsmi saytına ilkin təəssüratlarını paylaşıb: "Bilirəm ki, çempion komandaya gəlmişəm. İddialı komandaya keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm. Sağ olsunlar, komandada məni mehriban qarşıladılar.


"Qarabağ"dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdır. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm. Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə buna ancaq sevinə bilərəm. Onun və bütün "Qarabağ" camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm. "Qarabağ" heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail