"Azərbaycandakı fəaliyyətim məndə çox xoş təəssüratlar yaratdı"

17.06.2014 | 3782 dəfə oxunub

“Azərbaycandakı fəaliyyətim məndə çox xoş təəssüratlar yaratdı. Üstəlik, hər bir məşqçi üçün öz işini yerinə yetirmək vacibdir”. Stadium.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.

Təcrübəli rusiyalı mütəxəssis vətənində müsahibə verib. O, həmkarımızla söhbətində ölkəmizdəki günlərini xatırlayaraq, komandasına qazandırdığı bürünc medaldan və Avropa Liqasına vəsiqədən danışıb. Hazırda “Mordoviya”nın “sükanı arxası”nda olan Syomin bildirib ki, “Qəbələ”dən ayrılarkən, hansısa narazılıq yaşanmayıb: “Mən “Qəbələ”də 1 il işləməyi planlaşdırmışdım. Ona görə də yollarımız ayrılarkən aramızda heç bir inciklik olmadı. İlin sonunda yekun qərar qəbul etməklə bağlı razılığımız da vardı. Mən də lazımı qərarı qəbul etdim. Dostlarımla birlikdə Rusiya yığmasını izləmək üçün dünya çempionatına getməyi planlaşdırmışdıq. Amma başqa cür alındı. Yeni təklif gəldi, mənimlə maraqlananlar oldu. Həmin insanlar məni yenə də işləməyimin lazım olduğuna inandırdı. Bu səbəbdən də işimi davam etdirməyə qərar verdim”.

Qeyd edək ki, Syomin 2013/2014 mövsümündə “Qəbələ”də işləyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail