Toni Adams İngiltərədə azərbaycanlı qaçqınlardan danışdı

19.06.2014 | 3875 dəfə oxunub

"Qəbələ" İdman Klubu prezidentinin müşaviri Toni Adams Böyük Britaniyanın "The Telegraph" qəzetinə verdiyi müsahibədə Azərbaycandakı qaçqın və məcburi köçkünlərdən söz açıb. Stadium.az xəbər verir ki, 
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, T.Adams "The Telegraph" qəzetinə müsahibəsində bildirib: "Mən 18 ay ərzində Azərbaycanda "Qəbələ" Futbol Klubunun baş məşqçisi kimi çalışmışam və ölkə haqqında müəyyən bilgilərim var. Orada əhalinin hər on nəfərdən birini məcburi köçkün və qaçqın təşkil edir. Düz təlim meydançasının yanında məcburi köçkün qəsəbəsi var idi. Bu mənə çox təsir etmişdi".

O, müsahibəsində Beynəlxalq Qaçqınlar Günü münasibətilə iyunun 27-də Londonun "York Hall Leisure Centre" arenasında boks üzrə keçiriləcək xeyriyyə matçı haqqında məlumat verib. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi, T.Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı şəraitində baş tutacaq boks gecəsində "Qəbələ" İdman Klubunun boksçuları ilə İngiltərənin "Repton" (əsası 1884-cü ildə qoyulub) Həvəskar Boks Klubunun bidmançıları üzləşəcəklər. Xeyriyyə matçından toplanan vəsait azərbaycanlı qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.

Adams məlumat verib ki, "Repton"un şərəfini qoruyacaq boksçular arasında keçmiş dünya çempionu Frank Bruno və DBarker, həmçinin Co Koul və Qari Mabbutt kimi məşhur "qara əlcək" sahiblərinin adları yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail