Boyükağa Hacıyev gürcü klubunu uda bilməməyə bəhanə gətirdi

20.06.2014 | 4048 dəfə oxunub

“Oyun çox pis hava şəraitində keçdi. Meydançanın durumu tam oynamağa imkan vermirdi. Sizə deyim ki, gənclərdə istək təcrübəlilərə nisbətən daha çoxdur və onlar bunu meydanda hiss elətdirirlər". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Çixura" ilə yoldaşlıq matçından (1:1) sonra klubun rəsmi saytına deyib.

Təcrübəli mütəxəssis  komandasının oynadığı futboldan razı qaldığını bildirib: " Təcrübəli futbolçular hazırlığa nisbətən gec qatıldığından, gənclərin fiziki hazırlığı onlara nisbətən daha yaxşıdır. Əgər Cavid İmamverdiyev penalti zərbəsindən, eləcə də Nicat Qurbanov və Ruslan Qurbanov qol imkanlarından istifadə etsəydi, böyük hesabla qalib gələ bilərdik. Ancaq komanda hələ tam komplektləşməyib. Çünki bəzi mövqelərdə yeni futbolçular mövcuddur. Məsələn, Kauenin komandaya uyğunlaşması üçün bir az zamana ehtiyac var. Elvin Bədəlovu Elvin Yunuszadə ilə bir xətdə oynadırıq. İyunun 25-i və 27-də də keçirəcəyimiz yoxlama oyunlarından sonra komanda komplektləşəcək və Avstriyaya gedəcək heyətdə Avroliqada iştirak edəcək futbolçular məlum olacaq. Əsas odur ki, “Neftçi” heyətini qoruyub saxlaya bilib və bu heyətlə daha yaxşı futbol oynayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail