Azərbaycanda respondentlərin 81 faizi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyini düşünür

21.06.2014 | 3924 dəfə oxunub

"Rəy" Monitorinq Mərkəzi tarixdə ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları ilə bağlı sorğu keçirib. Stadium.az xəbər verir ki, əldə edilmiş nəticələr göstərir ki, respondentlərin az qala yarısı yarışları izləmək niyyətindədir ki, onların da 67%-i bunu televiziya vasitəsilə edəcəyini deyib. Cəmi 15% respondent "qiymətlərin şişirdilmiş olmayacağı təqdirdə" stadionlara bilet alacağını qeyd edib və bu da, əsasən, Bakı sakinləridir. Qalan respondentlər hələlik seçim etməyiblər. Yeri gəlmişkən, gözlənildiyi kimi, bu məsələdə paytaxt gəncləri arasında aktivlik daha yüksəkdir, yaşı 35-dən yuxarı olan respondentlər, bölgə sakinləri və qadınlar isə passivlik nümayiş etdirir. Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına olan indiki münasibət tam başadüşüləndir, çünki Avroolimpiyada ideyası hələlik yetərincə məşhurlaşmayıb. "Avroviziya 2012"-nin təcrübəsi isə göstərir ki, tədbirin keçirilmə tarixi yaxınlaşdıqca, ona olan maraq da artacaq. Odur ki, Olimpiadanın açılışına qədər vəziyyətin nəzərəçarpacaq dərəcədə dəyişəcəyi dəqiqdir. Sorğu iştirakçılarının əhəmiyyətli hissəsi (62%) hesab edir ki, Avropa Oyunları sadəcə vacib idman hadisəsi deyil, həm də Azərbaycanı dünyaya tanıtmaq üçün daha bir imkanıdır və bu baxımdan onun keçirilməsinə vəsait yatırmağa dəyər. Rəyi soruşulanların cəmi 12%-i onların bu fikrini bölüşmür və hesab edir ki, indiki vaxtda belə məsrəflər artıqdır. Daha 26% respondent isə hələ bununla bağlı hələ heç bir qənaətə gəlməyib. Bəs Azərbaycan, ev sahibi olaraq Avroolimpiyadanı layiqli təşkil edə biləcəkmi? Bu suala tam dolğun cavab almaq üçün sual "açıq formada" qoyulub, yəni respondent özü istənilən cavabı təklif edə bilərdi. Nəticədə məlum olub ki, demək olar heç kəs yerli təşkilatçıların bu sahədə peşəkarlığına şübhə etmir. Rəyi soruşulanların 81%-i bildirib ki, Azərbaycan artıq belə tədbirlərin keçirilməsində böyük təcrübə toplayıb və bu dəfə də hər şey yüksək səviyyədə, Avropa standartlarına uyğun təşkil ediləcək. Cəmi 11% bunun əksini düşündüyünü bildirib. (Trend.az) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail