Tahir Süleymanov "Neftçi"nin rəqibindən danışdı

24.06.2014 | 4638 dəfə oxunub

Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq "Neftçi" klubu "Koper" (Sloveniya) - “Çelik” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, klubun vitse-prezidenti Tahir Süleymanov püşkatmanın nəticəsiylə bağlı fikirlərini açıqlayıb: "

Püşkatmanın nəticələri bəlli oldu. Bütün klublarımıza uğurlar arzu edirəm. Bizim klublarımıza elə də çətin rəqiblər düşməyib. “Qarabağ” ÇL-də, “İnter”, “Neftçi” və “Qəbələ” Avroliqada uğurlar qazanmağa məhkumdur. Çünki bizə düşən rəqiblər göz qabağındadır. Onları məğlub etmək üçün hər cür imkanımız var. Bütün komandalarımızdan uğur gözləyirəm. 

“Neftçi”nin rəqiblərinin heç birinə yuxarıdan aşağı baxmırıq. Amma əgər biz bu turnirin qrup mərhələsində oynamışıqsa, uğurumuzu təkrarlamaq üçün çalışmalıyıq. Ötən mövsümkü “Skenderbeu” uğursuzluğu bizə dərs olmalıdır. Bundan nəticə çıxarıb bu mövsüm ən azı pley-offa qədər gəlməyə çalışacağıq. Hər iki rəqib haqqında məlumat toplayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail