Böyükağa Hacıyev: "Bu komandalar ölkələrində ən yaxşı klublardır"

24.06.2014 | 4417 dəfə oxunub

Ölkəmizi Avroliqada təmsil edəcək "Neftçi" klubu ikinci təsnifat mərhələsində  "Koper" (Sloveniya) - “Çelik” (Monteneqro) cütünün qalibi ilə oynayacaq. Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi Böyükağa Hacıyev püşkatmanın nəticəsiylə bağlı fikirlərini açıqlayıb: "Bu, püşkatmadır, Allahın qismətidir. Yəni buna biz heç bir narazılıq bildirə bilmərik. Hələ komandalardan hansının bizə rəqib olacağını dəqiq bilmirik. Buna iyulun 10-da aydınlıq gələcək. Şəxsən özüm ya iyulun 3-ü, ya da 10-da Sloveniya və ya Monteneqroda keçiriləcək görüşlərdən birini izləməyə, oyuna əyani baxmağa hazırlaşıram. Bu izlədiyim görüşdən sonra komandalar haqqında tam təsəvvürüm olacaq. Məhz bundan sonra fikir yürütmək mümkündür. Kimin bizə düşməsinin fərqi yoxdur. Biz yenə oyuna yüksək əhval-ruhiyyə ilə, qələbə əzmi və mərhələ keçmək istəyi ilə çıxacağıq. Açıq deyim, bu gün bizim az da olsa rəqibdən nə qorxacaq, nə də çəkinəcək yerimiz yoxdur. Hər şeydən əvvəl özümüzü fikirləşməli, komandanı oyunlara düzgün hazırlamalıyıq. Bu yöndə də artıq Boluda işlərimiz başlayıb və sona yetmək üzrədir. Yəqin ki, Avstriya toplanışı zamanı bütün bu məsələlərin hamısına yekun vurulacaq. İlk oyunu evdə və ya səfərdə keçirməyimizin fərqi yoxdur. Vuranla vurulanın yerini dəyişdikdə hasil dəyişməz. Onsuz da bu 2 oyun keçiriləcək. Əgər Avropada oynayırsa, bu, zəif rəqib ola bilməz. Deməli, bu komandalar ölkələrində ən yaxşı klublardır. Rəqibi qiymətləndiririk və hörmətlə yanaşırıq. Bu matçlara çox ciddi hazırlaşacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail