"Qəbələ" "Repton"a qarşı

24.06.2014 | 5108 dəfə oxunub

İyunun 27-də Londonda “Avropa Azərbaycan Cəmiyyəti”nin (TEAS) təşkilatçılığı ilə “Qəbələ” İdman Klubunun və İngiltərənin ən qocaman boks klublarından biri, əsası 1884-cü ildə qoyulmuş “Repton”nun dəri əlcək ustaları arasında boks gecəsi keçiriləcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dünya Qaçqınlar Günü münasibəti ilə təşkil olunan gecədən əldə ediləcək vəsait “Mo Farah Foundation” xeyriyyə cəmiyyətinin hesabına köçürüləcək. Boks gecəsi “Qəbələ” İdman Klubu prezidentinin müşaviri, İngiltərə yığma komandasının və “Arsenal” klubunun sabiq kapitanı Toni Adams və “Repton” klubunun meneceri Darren Barkerin təşəbbüsü ilə təşkil olunur.

Tədbirdə İngiltərənin tanınmış idman xadimləri də iştirak edəcəklər. İngiltərə peşəkar boks tarixinin ən məşhur simalarından biri, ağır çəki dərəcəsində WBC (World Boxing Council) versiyası üzrə dünya, EBU (European Boxing Union) versiyasında Avropa çempionu Frenk Bruno həmin gün qonaq qismində gecənin keçirildiyi “York Holl Leisure Centre ”yə təşrif buyuracaq. Qeyd edək ki, Frenk Bruno həmkarları Henri Kuper, Lennoks Lyuis və Devid Xey kimi ağır çəki dərəcəsində Britaniya peşəkar boks tarixinin ən mötəbər simalarından biridir. Müasir peşəkar boksun ən perspektivli boksçusu, 26 yaşlı britaniyalı Corc Qrovs, eləcə də tanınmış futbol veteranları, İngiltərə milli yığma komandasının sabiq üzvləri Co Koul, Naycel Vinterbern və Gari Mabbutt da gecənin fəxri qonaqları arasında olacaqlar. 

“Qəbələ” və “Repton” klublarının boksçuları arasında 9 döyüşün keçirilməsi nəzərdə tutulub. Döyüşlər aşağıdakı cütlüklər arasında baş tutacaq:

52 kq: Harvey Horn – Ruslan Musayev
64 kq: Alfie Price – Lorenzo Collazo Sotomayor
69 kq: Norris Thompson – Tamerlan Abdullayev
75 kq: Bobby Foreman – Ruhin Şabanov 
81kq: Matthew Tinker – Elvin Qənbərov 
81 kq:Tom Barry – Hüseyn Qasımov
91 kq: Lawrence Okolie – Rahil Məmmədli 
+91 kq: Nicholas Webb – Asəf Aslanlı

“Qəbələ”nin boks komandasının baş məşqçisi, kubalı mütəxəssis Lozaro Martines Ximenesdir. Ona məşqçilər Fariz Məmmədov və Natiq Aslanov kömək edirlər. Tədbir “Sky Sports News” və “TalkSport” kimi tanınmış idman kanalları vasitəsi ilə geniş işıqlandırılacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail