"Xəzər Lənkəran" DÇ-nın iştirakçısından niyə imtina edib?

25.06.2014 | 3594 dəfə oxunub

İran millisinin qapıçısı Əlirza Həqiqi "Xəzər Lənkəran"a keçə bilərmiş. Stadium.az xəbər verir ki, 26 yaşlı qolkiper qış fasiləsində cənub klubuna təklif olunub.

Lakin baş məşqçi Mustafa Dənizli onun xidmətindən imtina edib. Türk mütəxəssis əvəzində Orxan Sadıqlıya rəqabətdə uduzan Vyekoslav Tomiçi komandaya gətirib. Belədə müqavilə ilə "Rubin"ə məxsus olan qapıçı Portuqaliyanın "Sportinq" (Kovilya) klubuna icarəyə verilib. Əlirza bu komandada 12 oyuna çıxıb və 1004 dəqiqə oynayıb.

Qeyd edək ki, Əlirza karyerasına İranın "Persepolis" klubunda başlayıb (2006-2012). 201-ci ildə "Rubin"ə transfer olunan qapıçı Kazan klubunda heyətə düşməkdə çətinlik çəkib.

26 yaşlı qolkiper 2010-cu ildən dəvət aldığı İran millisində 8 oyun keçirib. DÇ-2014-ün iştirakçısı olan Həqiqi komandasının hər iki oyununda meydana çıxıb və 90 dəqiqə oynayıb. Nigeriya ilə oyunda qapısını toxunulmaz saxlayan Əlirza (0:0) Argentina ilə matçın 90+1-ci dəqiqəsində Lionel Messinin qoluna əngəl ola bilməyib (0:1).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail