"Neftçi" kapitanını seçdi

25.06.2014 | 3774 dəfə oxunub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə məşqçilər korpusunun və klubun idarə heyətinin toplantısı keçirilib. Stadium.az klubun rəsmi saytına istinadən məlumatına görə, toplantıda yeni mövsümdə “Neftçi”nin kapitanının kim olacağı müzakirə olunub.

Müzakirələrdən sonra artıq 5-ci mövsümdür flaqmanın heyətində çıxış edən braziliyalı Flavio Aleks Valensio (Flavinyo) komandanın kapitanı seçilib. Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq.

Qeyd edək ki, ötən mövsüm “ağ-qaralar”da kapitan sarğısını daşıyan Rəşad Sadiqovla Mahir Şükirov artıq komandanın sıralarını tərk edib. Onlar müvafiq olaraq, “Xəzər Lənkəran” və “Karşıyaka” (Türkiyə, I liqa) klubları ilə anlaşıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail