"Azərbaycan futbolunun tarixinə düşmək istəyirəm"

25.06.2014 | 3911 dəfə oxunub

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlama verib.  Stadium.az xəbər verir ki, braziliyalı futbolçu kapitan seçilməsi ilə bağlı fikirlərini bildirib:

“Artıq 5-ci mövsümdür ki, “Neftçi”də çıxış edirəm. Bu müddət ərzində “Neftçi”də yalnız azərbaycanlı futbolçuların kapitanlıq sarğısını daşıdığını görmüşəm. Yəni kapitanlıq sarğısı həmişə yerli futbolçularda olub. Son illərdə bu məsuliyyətin həvalə olunduğu ilk əcnəbi futbolçuyam. Əslində, özümü heç də əcnəbi saymıram, artıq 5-ci ildir Azərbaycandayam və özümü bu ölkənin bir vətəndaşı, bir parçası kimi hiss eləyirəm. Azərbaycan mənə doğmadır. Kapitanlıq sarğısını daşımaq mənə göstərilən böyük etimaddır. Bu mənim məsuliyyətimi daha da artırır. Kapitan necə olmalıdırsa, elə olmağa çalışacağam. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. “Neftçi”nin kapitanı kimi Avroliqada uğurlu çıxış edib qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunun tarixinə düşmək istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail