"Türkiyəli məşqçilər futbolumuza yuxarıdan aşağı baxır" MÜSAHİBƏ

27.06.2014 | 4323 dəfə oxunub

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov Türkiyə mətbuatəna müsahibə verib. Stadium.Az-ın xəbərinə görə, o, ajansspor.com saytına hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan komandasının hazırlığının gedişatı və digər məsələlər haqda danlışıb.


- Niyə təlim-məşq toplanışı üçün məhz Türkiyəni seçdiniz?

- Hər il hazırlığımızı burada keçiririk və bunun faydasını həmişə görürük. Son dörd ildə üç dəfə çempion olmuşuq, iki dəfə ölkə kubokunu qazanmışıq. İki il əvvəl Avroliqanın qrup mərhələsində oynadıq. Bu illər ərzində Türkiyə klubları ilə yoxlama oyunları keçirmişik. "Beşiktaş", "Fənərbaxça", "Orduspor", "Karabükspor" kimi komandalarla qüvvəmizi sınadıq. Türkiyədə hazırlıq keçmək bizim üçün çox rahatdır. Türk futbol funksionerləri azərbaycanlı futbolçuları izləməlidir. Ölkəmizdə Mustafa Dənizli, Bülənt Qorxmaz və digər türkiyəli mütəxəssislər şalışıb. Onlar da bilir ki, Azərbaycanda çox istedadlı futbolçular var. İstərdim ki, qısa zamanda Türkiyə Superliqasında azərbaycanlı futbolçular da oynasın.

- Türkiyə Superliqasını yaxından izləyirsiniz?

- Əlbəttə. Təəssüf ki, futbolunuz gözlədiyimiz səviyyədə deyil. Xərclənən pullar qarşılığında milli komandanız daha yaxşı nəticələr göstərməlidir. "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın Avropada söz sahibi olmasını istəyirik. "Qalatasaray" və "Fənərbaxça" bunu bacarıb. Arzu  edirik ki, daha böyük uğurlar qazansınlar.

- Beş ildir ki, "Neftçi"də çalışırsınız. Bu illər ərzində komandanızda böyük inkişaf var. Bunu nəyə borclusunuz?

- Biz klub prezidenti ilə yeni bir idarə heyəti qurduq və hər şeyə sıfırdan başladıq. Çünki "Neftçi"nin tarixi kökü var. Eyni zamanda düzgün addımlar ataraq komandanı irəli apardıq. Daim aşağı yaş qruplarından olan futbolçularımıza əsas komandada şans veririk. Bu sarıdan heç bir problemimiz olmayıb. Çox istedadlı futbolçularımız var. Hətta onlar Türkiyə superliqasının aparıcı klublarında da oynaya bilər. 

- Azərbaycan və Türkiyə arasında futbol mədəniyyətinin yaxınlaşması baxımından nələr edilməlidir?

- Bir daha təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda çalışan türkiyəli baş məşqçilər Premyer Liqamıza yuxarıdan aşağı baxırlar. Amma tarixə nəzər salsaq, görərik ki, 20-30 il əvvəl "Neftçi" SSSR-i çempionatında oynayarkən Türkiyə futbolu çox aşağı səviyyədə idi. 70-80-cı illərdə də Azərbaycan futbolu Türkiyədən geri qalmırdı. Türkiyəli mütəxəssislər bizim futbolumuza yuxarıdan  aşağı baxdıqları üçün bu gün Azərbaycan heç bir uğur qazana bilmirlər. Son olaraq Mustafa Dənizli Premyer Liqamızda çalışdı və o da nailiyyət əldə etmədi. Amma Dənizli kimi bir məşqçi Azərbaycana gəlirsə, uğur qazanmağa məcburdur. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan və Türkiyə futolu əl-ələ verib yaxşı yerlərə yüksələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail