"Makkabi"nin baş məşqçisi: "Müdafiə futbolu oynamayacağıq"

19.07.2011 | 6234 dəfə oxunub

"Heyətimizdə əla futbolçular cəmləşib. Bu səbəbdən cavab matçında müdafiə futbolu oynamayacağıq". Stadium.Az xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" klubunun baş məşqçisi Moti İvanir deyib. 
Avroliqanın II təsnifat mərhələsində "Xəzər Lənkəran"ın rəqibi olan Təl-Əviv təmsilçisi vətənində son məşqini yekunlaşdırıb. Hazırlıqdan öncə mətbuat nümayəndələri qarşısına çıxan İvanir bildirib ki, ilk görüşdə 3:1 hesabı ilə qələbə qazandıqlarından cavab matçında da bu uğuru təkrarlamaq fikrindədirlər: "Bizim növbəti mərhələyə yüksəlmək şansımız rəqiblə müqayisədə daha çoxdur. Çünki ilk oyunda üstünlük əldə etmişik və bunu itirmək fikrində deyilik. Lənkərana öz oyunumuzu oynamağa gedirik". 
İvanirin sözlərinə görə, komandası tək Avroliqada deyil, iştirak edəcəyi bütün yarışlarda yalnız qələbəyə oynayacaq: "Biz "Makkabi"ni mövsümboyu iddialı görmək istəyirik. "Xəzər Lənkəran"la qarşılaşmada da hücum futbolu göstərərək, aqressiv oynayacağıq və rəqibə təzyiq göstərəcəyik. Komandamız təcrübəli və gənc futbolçulardan qurulub. Bu heyətlə istədiyimiz nəticəni əldə etmək mümkündür". 
İyulun 21-də "Xəzər Lənkəran"ın qonağı olacaq "Makkabi" ölkəmizə bu gün gələcək."Heyətimizdə əla futbolçular cəmləşib. Bu səbəbdən cavab matçında müdafiə futbolu oynamayacağıq". Stadium.Az xəbər verir ki, bu sözləri İsrailin "Makkabi" klubunun baş məşqçisi Moti İvanir deyib. 
Avroliqanın II təsnifat mərhələsində "Xəzər Lənkəran"ın rəqibi olan Təl-Əviv təmsilçisi vətənində son məşqini yekunlaşdırıb. Hazırlıqdan öncə mətbuat nümayəndələri qarşısına çıxan İvanir bildirib ki, ilk görüşdə 3:1 hesabı ilə qələbə qazandıqlarından cavab matçında da bu uğuru təkrarlamaq fikrindədirlər: "Bizim növbəti mərhələyə yüksəlmək şansımız rəqiblə müqayisədə daha çoxdur. Çünki ilk oyunda üstünlük əldə etmişik və bunu itirmək fikrində deyilik. Lənkərana öz oyunumuzu oynamağa gedirik". 
İvanirin sözlərinə görə, komandası tək Avroliqada deyil, iştirak edəcəyi bütün yarışlarda yalnız qələbəyə oynayacaq: "Biz "Makkabi"ni mövsümboyu iddialı görmək istəyirik. "Xəzər Lənkəran"la qarşılaşmada da hücum futbolu göstərərək, aqressiv oynayacağıq və rəqibə təzyiq göstərəcəyik. Komandamız təcrübəli və gənc futbolçulardan qurulub. Bu heyətlə istədiyimiz nəticəni əldə etmək mümkündür". 
İyulun 21-də "Xəzər Lənkəran"ın qonağı olacaq "Makkabi" ölkəmizə bu gün gələcək.rnrnrnrnrnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail