Hafiz Məmmədovun klubu Fransa yüksək liqasına buraxılmadı

27.06.2014 | 4186 dəfə oxunub

Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransanın "Lans" klubunun ölkənin yüksək liqasında iştirakına icazə verilməyib. Stadium.az xəbər verir ki, bu barədə Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoriyası (DNCG) qərar çıxarıb. Səbəb kimi klubun 2014-2015-ci il mövsümü üçün büdcəsinin maliyyə kriteriyalarına uyğun gəlməməsi göstərilib. Klub prezidenti Jerve Martel keçirdiyi mətbuat konfransında qərara etiraz edəcəklərini bildirib. Martel bir neçə gün öncə Bakıda olduğunu və Məmmədovla görüşdə ona 10 milyon avro bank təminatı verildiyini açıqlayıb. Lakin iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr günü qeyd edildiyindən, bayramla əlaqədar banklar işləməyib. Bu səbəbdən, həmin vəsaitin bu gün köçürülməsi qərara alınıb. Klub prezidentinin sözlərinə görə, vəsait gələn həftənin əvvəllərinədək hesaba oturacaq. Martel verdikləri apellyasiya bağlı dinləmələrin iyulun 3-dən 9-dək olacağını əlavə edib.

"Lans" klubu ötən mövsüm Fransanın II liqasında 3-cü yeri tutaraq, ölkənin güclülər dəstəsi sayılan I Liqaya vəsiqə qazanıb. (Sportnet.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail