Avropa çempionatında ilk medal

28.06.2014 | 3818 dəfə oxunub

Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start götürüb. Stadium.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı yeniyetmələrin mübarizəsində kayakçı Aleksey Solovey, Amil Hüseynli və kanoeçi Mikita Sablin, 23 yaşadək kayakçıların yarışında Aleksandr Piçugin, Mirnazim Cavadov və Tamerlan Mustafayev, kanoeçilərdən isə Anatoli Melnik, Aleksey Kupin və Taras Matviyçuk təmsil edirlər. İyunun 27-də Matviyçuk – Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Onlar seçmə yürüşdə finişə 3 dəqiqə 48,220 saniyəyə çataraq, 1-ci olublar və birbaşa əsas finala yüksəliblər. Həlledici yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 36,432 saniyə nəticə ilə 3-cü yeri tutublar. Qızıl medal rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (3:34.072), gümüş medal isə ukraynalı Yuri Vandyuk – Andrey Rıbaçok (3:35.352) duetlərinə qismət olub. Digər kayakçılarımız və kanoeçilərimiz qarşıdakı hələlik fəxri kürsüyə yüksələ bilməyiblər. Qeyd edək ki, Avropa çempionatında 32 ölkə mübarizə aparır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail