"Neftçi" möcüzə yaradacaqmı?

19.07.2011 | 5128 dəfə oxunub

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Stadium.Az xəbər verir ki, bu mövsüm ölkəmizi ÇL-də təsmil edən Bakının "Neftçi" klubu öz meydanında Zaqreb "Dinamo"sunu qəbul edəcək.

"Neftçi" ilk görüşdə rəqibinə 0:3 hesabı ilə məğlub olduğundan Arif Əsədovun komandasının axşamkı oyunda işi çox çətin olacaq. 4 ildən sonra yenidən avrokuboklara qayıdan "Neftçi"nin növbəti mərhələyə adlayacağı inandırıcı görünmür. Çünki "Dinamo" bu üstünlüyü əldən vermək niyyətində deyil.

Komandamız növbəti mərhələyə adlamaq üçün "Dinamo"nun qapısından ən azı 3 cavabsız top keçirməlidir. Oyunu əlavə vaxta daşımamaq üçün isə "Neftçi" daha bir top vurmalı olacaq ki, bu da inandırıcı görünmür. Əgər rəqib bir qol vurarsa, o zaman "Neftçi"nin şansları daha da tükənəcək. Təmsilçimiz belə olan vəziyyətdə "Dinamo"nu 5 dəfə topa mərkəzdən başlamağa məcbur etməli olacaq ki, bu da möcüzəyə bərabərdir.

Bununla belə, "Neftçi"nin öz meydanın komandanın imici və reytinqi naminə oynayacağı heç kəsdə şübhə doğurmur. Artıq bütün azarkeşlər də bugünkü oyunda "Neftçi"dən baxımlı oyun və qələbə gözləyir. "Neftçi"nin bu ümidləri nə dərəcədə doğruldacağı isə axşamkı oyundan sonra müəyyənləşəcək.


19 iyul

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu

21:00. "Neftçi" - "Dinamo" (Zaqreb, Xorvatiya)
Hakimlər: Hannes Kaasik (Estoniya), Tixon Kaluqin (Rusiya), Janus Mutli, Roomer Tarajev (hər ikisi Estoniya).
Hakim-inspektor: Leyf Sandell (İsveç).
UEFA nümayəndəsi: Yakes Antenen (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
(İlk oyun - 0:3)





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail