"Məqsədim klubumda mümkün olduğu qədər çox oynamaqdı" MÜSAHİBƏ

01.07.2014 | 3282 dəfə oxunub

AZAL-ın yeni transferi, Moldova millisinin qapıçısı Stanislav Namaşko müsahibə verib.

- Artıq AZAL-ın futbolçususan. Təəssüratların necədir?

- Bəli, dünən AZAL-la rəsmi müqavilə imzaladım. Sözləşmənin müddəti 2 ildir. İlk təəssüratlarım yaxşıdır. Məni komandada çox xoş qarşıladılar. Klubun yaxşı infrastrukturu var. İnanıram ki buradakı karyeram yaxşı alınacaq.

- Son bir nüçə gündə komandayla birgə məşq etmisən. Kollektiv barədə fikirlərin?

- Hələ ki məlumatım çox azdır. İndidən nəsə demək, hansısa nəticəyə gəlmək çox tezdir. Onu deyə bilərəm ki, məşq prosesi yüksək səviyyədə keçir.

- AZAL-a gəlməmişdən öncə komanda barədə hansı məlumatlara malik idin?

- Düzü, Azərbaycan çempionatı barədə elə də çox məlumata sahib deyiləm. Amma eşitmişəm ki, çempionat günü-gündən inkişaf edir. Ölkədə futbola böyük diqqət və qayğı var. Eləcə də bilirəm ki Azərbaycanda futbolu sevirlər.

Onu da deyim ki, AZAL-a qədər mən heç vaxt Azərbaycan klublarıyla əlaqədə olmamışam. Bilirəm ki daha əvvəl “Xəzər Lənkəran” adlı klubun düşərgəsində baxışda olub, bəyənilmədiyim haqda xəbərlər yayılmışdı. Amma həmin vaxt da sizə demişdim, indi də təkrar edirəm - bu yalandır.

- Sənə qədər Azərbaycanda xeyli moldovalı futbolçu çıxış edib. Bura gəlməmişdən öncə onlardan hansısa informasiya əldə etmisən?

- Həqiqətən də Azərbaycan kifayət qədər moldovalı futbolçu çıxış edib. Lakin bura gəlmək barədə qərarı özüm qəbul etmişəm. Səfərdən öncə kimdənsə nə fikir aldım, nə də məsləhət.

- Yeni klubunda qarşına hansı məqsədlər qoymusan?

- Məqsədim komandamla birgə yüksək nailiyyətlər əldə etməkdir. Bilirəm ki bu, elə də asan olmayacaq. Lakin uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm.

- 2 gündən sonra Avroliqanın ilk mərhələsi çərçivəsində “Tiraspol” Azərbaycanın “İnter” klubu ilə qarşılaşacaq. Bu oyun barədə də fikirlərini bilmək maraqlı olardı...

- Məncə, hər iki komandanın mərhələ adlamaq şansı eynidir. Sözün açığı, “İnter”i iş başında görməmişəm. Amma onu da deməliyəm ki, “Tiraspol” yaxşı komandadır.

- Moldova millisinin Kameruna qarşı keçirdiyi son yoxlama oyununda start heyətində yer almışdın. AZAL-dakı çıxışın millidəki karyerana nə dərəcədə təsir göstərə bilər?

- Mənim ilk məqsədim klubumda mümkün olduğu qədər çox oynamaqdır. Gerisi isə artıq baş məşqçiyə qalır. Bundan sonra da mənə dəvət göndərib-göndərməmək onun seçimi olacaq. Mən hər zaman millidə oynamağa hazıram. (futbolxeber.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail