"Tiraspol"un baş məşqçisi: "İnter"in oyununu görmüşük"

02.07.2014 | 3583 dəfə oxunub

Bakı "İnter"inin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad Qoyan sabah keçiriləcək ilk qarşılaşma öncəsi fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, o, öncə bunları söyləyib: "Biz Avroliqaya hazırlığımızı başa vurmuşuq. Psixoloji və taktiki hazırlıq baxımından yüz faiz hazırıq. Amma oyun baxımından artırmağımız lazımdı. Doğma tribunalar qarşısında yaxşı futbol sərgiləmək istəyirik. Hələlik, hədəflərdən danışmaq istəmirəm. Bizim üçün hər bir növbəti oyun əsasdı".

Daha sonra Qoyan "İnter"dən danışıb: "İnter" sabit və yaxşı komandadı. Onların xüsusilə müdafiədəki inamlı çıxışını qeyd etməliyəm. Şübhə etmirəm ki, onlar da Moldovaya yaxşı nəticə arxasınca gəliblər. Biz onların matçlarını görmüşük".

"Tiraspol"un çalışdırıcısı komandamızın topsuz qoymaq fikrindədi: "Bizə çətin olacaq. Çünki "İnter" top saxlamağı yaxşı bacarır. Əgər biz rəqibi bu üstünlüyündən məhrum edə bilsək, hər şey qaydasında olacaq".

Vlad Azərbaycan və Moldova futbolu arasında müqayisə aparmaq istəməyib: "Azərbaycan və Moldova futbolunu müqayisə etmək istəməzdim. Bizim çoxlu fərqlərimiz var".

"Uşalara demişəm ki, qol buraxmaq olmaz. Əgər qol buraxsaq, Bakıda mütləq qol vurmağımız lazım gələcək. Bizə isə risk etmək olmaz".

Qeyd edək ki, "Tiraspol" - "İnter" matçı sabah "Şerif" stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail