Böyükağa Hacıyev: "Dinamo" ilə qarşılaşma sanki rəsmi oyun idi"

04.07.2014 | 3442 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Dinamo” (Kiyev) ilə Avstriyada keçirilmiş hazırlıq oyunu ilə bağlı fikirlərini bildirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandanın oyunundan razı qaldığını deyib:

“Rəqibi xüsusi təqdim etməyə ehtiyac var? “Dinamo” (Kiyev) Avropanın adlı-sanlı klublarından biridi. Biz hələ Bakıda və ondan sonra Boludakı təlim-məşq toplanışında olarkən klub rəhbərliyi bildirmişdi ki, “Dinamo” (Kiyev) ilə oyunumuz nəzərdə tutulub. Sevindirici məqam idi ki, Ukrayna komandası “Neftçi”ni son dərəcədə ciddiyə alaraq, əsas heyətlə meydana çıxdı. Sanki, rəsmi oyunmuş kimi meydanda çox amansız mübarizə getsə də, futbolçular bir-birinə hörmətlə yanaşdılar. Bolu toplanışından sonra belə rəqiblə oyunda komandanın fiziki durumunun nə yerdə olduğunu bilmək çox önəmli idi. Bu baxımdan məmnun qaldım. Sevindirici məqamlardan biri budu ki, “Dinamo” (Kiyev) kimi heyətində milyonlarla qiyməti olan futbolçuların çıxış etdiyi rəqibdən çəkinmədik. Bu oyunda dəfələrlə yüzfaizlik qol epizodu yaratdıq və bunlardan da ikisini qola çevirdik. Hesabda geri düşməsinə baxmayaraq komandamız məğlubiyyətlə barışmaq istəmədi və əzmkarlıq nümayiş etdirdi. Futbolçuların əzmkarlığından, əsasən də gənc yerli oyunçulardan razı qaldım. Yeni transfer Kaue də bu oyunda özünü yaxşı tərəfdən göstərdi, bununla belə komandaya uyğunlaşması davam edir. Qarşıda hələ bir neçə hazırlıq oyunumuz var. İyulun 17-də Avroliqada keçirəcəyimiz ilk matçadək optimal heyəti müəyyənləşdirməliyəm və bunun üzərində də iş gedir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail