"Avroliqada onları sevindirmək üçün əlimizdən gələni edəcəyik"

04.07.2014 | 2654 dəfə oxunub

"Bu bizim Avstriyada ilk oyunumuz idi. Boludakı hazırlıqdan sonra yorğunluq fonunda “Dinamo” kimi rəqibə qarşı oynamaq heç də asan deyil. “Dinamo”nun əsas heyətlə oynadığını nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Amma bizim üçün önəmli olan nəticə deyil, komandamızın oyunudur". 

Stadium.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlamasında dünən Kiyev “Dinamo”su ilə keçirdikləri yoxlama oyunundan (2:2) sonra deyib. 

Braziliyalı futbolçu belə klublarla yoxlama görüşünün keçirilməsinin komanda üçün faydalı olduğunu bildirib: "Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidir. Oyundan razı qaldım. Bununla belə, daha da hazır vəziyyətdə olmaq üçün kifayət qədər vaxtımız var. Avrokuboklara yaxşı əhval-ruhiyyədə və yüksək səviyyədə hazırlaşırıq. Hələ qarşıda bir neçə hazırlıq oyunumuz da var. Azarkeşlərimiz bilsinlər ki, Avroliqada onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail