Foqtsun istədiyi xorvat: "Azərbaycandakı yaşayışla bağlı şübhələrim vardı" - MÜSAHİBƏ

06.07.2014 | 6465 dəfə oxunub

"İnter"in müdafiəçisi Matiya Şpiçiç Xorvatiya mətbuatına müsahibəverib. Stadium.az saytı bu müsahibəni təqdim edir:

- Azərbaycanda işləriniz necə gedir?

Əvvəllər Azərbaycandakı yaşayışla bağlı şübhələrim vardı. Hərdən fikirləşirdim ki, darıxdırıcı olar. Bir il sonra Azərbaycandakı həyatın təsəvvür etdiyimdən fərqləndiyini başa düşdüm.

- Ötən mövsümü sizin üçün uğurlu saymaq olar?

- Bəli. Baxmayaraq ki, mövsümə pis başlamışdıq. Amma sonda Avropa Liqasına vəsiqə qazandıq. "İnter" hər mövsüm Avrokuboklarda iştirak edir. Bu dəfə ilkin təsnifat mərhələsindəbaşlamışıq.

- Şayiələr gəzir ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sizi milliyə dəvət etmək istəyir. Bu baş versə, AÇ-2016-nın seçməmərhələsində Xorvatiya yığmasına qarşı oynaya bilərsiz...

Bu haqda hələ iki ay öncə eşitmişəm. Komanda yoldaşlarım hətta buna görə mənlə zarafatlaşırdılar. Berti Foqtsun "İnter"in baş məşqçisiylə söhbət etdiyini bilirəm.

Dəvəti qəbul edəcəksiz?

- Bu, böyük şərəfdi. Amma düşünməüçün vaxt lazımdıƏlbəttə, mən Xorvatiya yığmasında çıxış etmək istərdim. Ölkəsinin millisində oynamaq hərfutbolçunun arzusudu. Axı U-15-dən U-21-dək bütüyaş qrupları üzrəyığmalarda oynamışam.

- Son illər Azərbaycan çempionatı daha da ciddi liqayaçevrilməkdədi...

- Burda hər kluba multimilyonerlər rəhbərlik edir. Bizim klubun sponsoruAzərbaycanıən böyük banklarından (Azərbaycan Beynəlxalq Bankınınəzərdə tutur - red.) biridi. "Neftçi"nin himayədarı böyük neft şirkətidisə(SOCAR), "Xəzər Lənkəran" neft daşınması ilə məşğul olan, tankerlər hazırlayan, şirkətdən maliyyələşirAzərbaycana legioner axını başadüşüləndiÇünki yerliklublar üçüəcnəbilərə yaxşı maaş vermək problem deyil. Premyer-liqadavaxtilə tanınmış klublarda oynamış güclü futbolçular var. Məsələn, "Qarabağ"dakı Reynaldo Belçika "Anderlext"indən gəlib. "Bakı"dakı Ruben2002-ci ildə "Real"la Çempionlar Liqasını qazanıbBelələri indi çoxdu.

Əçox maaş alan futbolçu təxminən nə qədər qazanır?

- Təxminən, ilinə 800 milyon avro. Burda ümumiyyətlə, idmana böyük pullar yatırılır. Bakıda müxtəlif beynəlxalq turnirlər keçirilir. 17 yaşadək qızlar arasında dünya çempionatı Azərbaycanın paytaxtında reallaşdı. Futzal, voleybol üzrə turnirlərin final mərhələləri də həmçinin. Müasir Bakı Dubaya bənzəyir. Azərbaycanda ən məşhur investorlardan biri "Bakı"nın prezidenti Hafiz Məmmədovdu. O, Madrid "Atletiko"sunun da sponsorudu. Hansı ki, formalarında Azərbaycanı reklam edirlər. Bu yaxınlarda İngiltərənin "Şeffild Uensdey" klubunu da təxminən 50 milyon avroya aldı. Eşitmişəm ki, onun növbəti hədəfi Argentinanın "River Pleyt" klubudu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail