"Subaşiçin aldığı maaş yüksəkdi"

09.07.2014 | 2677 dəfə oxunub

“Yeni mövsüm öncəsi Aleks İonitse və Branimir Subaşiçlə yollarımızı ayırmağı düşünürük”. Stadium.az xəbər verir ki, bunu Türkiyənin “Orduspor” klubunun mətbuat xidmətinin rəhbəri Durmuş Karaağaç deyib.

Milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin karyerasını “Orduspor”da davam etdirməyəcəyi tədricən təsdiqini tapmaqdadı. Ötən mövsüm son anda Superliqaya çıxa bilməyən Subaşiç maaşlarını ala bilmədiyi klubdan getmək istəyir. Onu “Boluspor” və “Bucaspor” istəyir. Bunu “Orduspor” rəsmisi də təsdiqləyib.

Karaağaç rumıniyalı və serbiyalı hücumçularla yollarını ayırmaq istəmələrini belə əlaqələndirib: “Çünki hər iki oyunçunun da aldıqları maaş yüksəkdir. Ancaq onların komandaya verdikləri faydalar müzakirə mövzusu belə ola bilməz. Biz yeni mövsümdə daha az maaş alan, amma daha çox xeyir götürəcəyimiz oyunçularla yolumuza davam edəcəyik. Məhz transferlərimizi buna uyğun etmişik. Hazırda Subaşiçi “Boluspor” və “Bucaspor” komandaları istəyir. Aleks İonitse isə hələ ki gözləyir. Bu oyunçularımızın durumları ilə bağlı idman direktorumuz Tahsin Türkmən lazımi çalışmaları aparır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail