"Guya mən içki düşkünü olduğum üçün "MKT-Araz"dan qovulmuşam"

12.07.2014 | 5479 dəfə oxunub

Artyom Bezrodnını yəqin ki, xatırlayanlar var. Moskva "Spartak"nın sabiq futbolçusu. Təxminən 8 il bundan qabaq İmişlinin "MKT-Araz" klubuna transfer olunmuşdu. Ancaq sonradan müəmmalı şəkildə yoxa çıxdı. Daha doğrusu, ailəsini gətirmək üçün İmişli klubunun rəhbərliyindən icazə alıb vətəninə getsə də sonradan geri qayıtmadı. "MKT-Araz" rəhbərli ondan UEFA-ya şikayət etsə də yenə heç nə dəyişmədi. Sonradan futbolçunun, ümumiyyətlə, haralarda olduğu bilinmədi. Hətta Rusiyanın "Jdu menya" verlişi onun axtarışına çıxmışdı.

Stadium.az xəbər verir ki, bu yaxınlarda üzə çıxan futbolçu "Furtbolnıy obozrenie" jurnalına geniş müsahibə verib.

Müsahibə zamanı o, "MKT-Araz"dan müəmmalı qaçışının səbəblərini də açıqlayıb: "Azərbaycana sənədlərimdəki problem ucbatından qayıda bilmədim. Həmin vaxt internet səhifələrində özümlə bağlı yayılan bir çox şaiyələrin şahidi oldum. Yazdılar ki, guya mən içki düşkünü olduğum üçün "MKT-Araz"dan qovulmuşam. Sonradan qardaşım Yevgeni internet vasitəsi ilə həmin məlumatı yayanları tapdı və onlarla çox pis söhbət elədi. Tələb etdi ki, onlar bu yalan məlumatı internet səhifələrindən yığışdırsınlar. Məlumatı yayan şəxs də buna görə üzr istədi, amma məlumatı pozmaq artıq mümkün deyildi, çünki o hər yerə yayılmışdı. Mənə elə gəlir ki, bütün bunlar xüsusi sifariş idi. Əsl həqiqət isə belə olmuşdu: "MKT-Araz" rəhbərliyi mənə icazə verdi ki, vətənə gəlim və ailəmi də özümlə götürüb yenidən Azərbaycana qayıdım. Lakin mən Azərbaycana qayıda bilmədim. Çünki pasportumda problem ortaya çıxdı". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail