"Kimlərsə fikirləşə bilər ki, "Valletta" bizim üçün asan rəqibdir" AÇIQLAMA

15.07.2014 | 2231 dəfə oxunub

Bu axşam Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Maltada "Valletta"nın qonağı olacaq "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən məşqdən sonra qarşıdakı matç haqda fikirlərini bölüşüb.

Stadium.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Q.Qurbanov "Valletta"nın asan rəqib olmadığını bildirib: 

"Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişikliklər edib. Komandaya yaxşı oyunçular cəlb edilib, yerli və gənc məşqçi vəzifəyə gətirilib. Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, etdikləri transferlər də bu istəyi əks etdirir. Yeni gələn oyunçular Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından transfer olunan futbolçulardır. Hər biri keyfiyyətli oyunçulardır. 

Ötən il Avropa Liqasında yaxşı təcrübə qazanmış bir komandadır. Kimlərsə fikirləşə bilər ki, "Valletta" bizim üçün asan rəqibdir. Lakin düşünürəm ki, bu səhv fikirdir. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdur. Xüsusi ilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu müəyyən etməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Həmçinin oyuna nəzarəti də ələ almalıyıq". 42 yaşlı mütəxəssis bu görüşdə qeydə alınacaq minimal hesablı qələbə və ya bərabərliyin onlar üçün pis nəticə olmayacağını deyib.Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail