"Simurq" Ukrayna futbolunun yetirməsini transfer etdi

21.07.2011 | 5138 dəfə oxunub

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Simurq" klubu ölkə xaricindən azərbaycanlı gənc istedadı heyətinə cəlb edib. Stadium.Az xəbər verir ki, Odessa "Çernomorets"inin 18 yaşlı hücumameylli yarımmüdafiəçisi Rəşad Eyyubov bundan sonra karyerasını Zaqatala təmsilçisində davam etdirəcək. Komandanın yeni baş məşqçisi Sergey Yuran Ukrayna futbolunun yetirməsi olan soydaşımızı sərəncamında görmək istəyib.  

Qeyd edək ki, Rəşad, əvvəllər Ukrayna U-17 millisinin şərəfini qoruyub. Aleksandr Qolovkonun rəhbərlik etdiyi komandada hesabına qollar da yazıb. Amma sonradan Bakıdan gələn təklifi qəbul edərək, vətənini üstün tutub. U-19 və U-21 millimizin heyətinə cəlb edilib.

Kiyev "Dinamo"sunun, Moskva "Spartak"ının və "Rubin"in skautlarının diqqətini üzərinə çəkmiş Eyyubov, peşəkar futbolçu həyatına uğurla adlamaq və daha çox oyun praktikası qazanmaq üçün Unibank Premyer Liqasında çıxış etməyə qərar verib. Məqsədi burada özünü ən yaxşı tərəfdən göstərib, yaxın gələcəkdə ölkənin əsas millisinə dəvət almaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail