"Elfsborq"u məğlub etmək mümkündü" MÜSAHİBƏ

16.07.2014 | 4164 dəfə oxunub

"İnter"in futbolçusu Matiya Şpiçiç müsahibə verib:

- İkinci təsnifat mərhələsinin ilk oyununa 1 gün qalib. İsveç klubu haqda hansı informasiyanız var?
- Biz "Elfsborq"un bir oyununa komandayla birgə baxmışıq. Çox intizamlı komanda təsiri bağışlayıb. Skandinav futbolu oynayır. Sərt mübariziyə üstünlük verirlər. Bizim ötənilki rəqibimiz "Trömse"yə oxşayır. Rəqibə öz futbolunu oynamağa imkan vermirlər. Əsas odu ki, ötən il etdiyimiz səhvləri təkrarlamayaq. Bu mərhələni keçmək bizə çox vacibdi.

- "İnter"də hücumçu probleminin olduğu deyilir. Səfərdə "Elfsborq" kimi komandayla oynamaq nə dərəcədə çətin olacaq?
- Səfərdə oynamaq çətindi. Amma böyük ölçüdə ilk oyunun əhəmiyyəti böyükdü. Rəqiblər bir-birini tanıyacaq. Meydan sahibi risk edərək qol vurmağa can atacaq. Biz öz qapımızı toxunulmaz saxlamalıyıq. Bundan sonra qol vurmaq barədə düşünmək vacibdi. Səfərdə 1 qol vursaq, işimizə kömək edəcək. Əsas odu ki, biz İsveç komandasından çəkinmirik və onlarla açıq mübarizəyə hazırıq.

- "Elfsborq"un oyun üslübunu hansı komandaya oxşatmaq olar?
- Bizim klublara oxşamırlar. Biz daha çox texniki futbol nümayiş etdiririk. "Tiraspol"dan güclü komandadı. Futbol ənənəsi var. Biz tam fərqli oyun nümayiş etdirəcəyik. Fikrimcə, müdafiədə ciddi nəzarət olmalıdı. Moldovada səfərdə etdiyimiz səhvləri təkrarlasaq, rəqib bağışlamayacaq. Həmin səhvləri təkrarlamaq olmaz.

- "Elfsborq"u görüşün favoriti adlandıranlar var. Sən bu fikirlə razısan?
- "Elfsborq" - "İnter" görüşünün favoriti yoxdu. Şanslar bərabərdi. Ola bilər onlar özlərini favorit hesab edir. Bu, onların işidi. Təcrübəli rəqib olduğunu etiraf edirik. İsveç millisinin bir neçə oyunçusu indi "Elfsborq"un şərəfini qoruyur. Biz rəqibin üstün və zəif cəhətlərini öyrənirik. İlk oyundan sonra şansların faizi dəyişəcək. Amma hazırda həm İsveç klubunun, həm də bizim mərhələ adlamaq şanslarımız bərabərdi.

- "Elfsborq" futbolçuları mətbuata iddialı danışır və 3-cü mərhələyə keçəcəklərini söyləyir. Bu, psixoloji təzyiq ola bilər?
- Bəzi futbolçularının söylədikləri fikirlə tanışam. İlk oyunda rəqibdən təzyiq gözləyirəm. Onlar pressinq tətbiq edəcək. Çalışacaqlar erkən qol vursunlar. Bununla belə biz onların qarşısını almalıyıq. İddialı açıqlama verirlərsə, bu bizim üçün problem deyil. Hamımız peşəkar futbolçuyuq. Sözümüzü meydanda deyirik. Heç kimə cavab vermək istəmirəm.

- Yəqin razılaşarsan ki, artıq bir mərhələ keçmək uğur sayılmır...
- Biz bilirik ki, bizdən uğur gözləyirlər. Mümkün qədər daha çox oyun keçirmək istəyirik. Moldova klubunu keçəndən sonra diqqətimiz yönəlib İsveç təmsilçisinə. Futbolda məğlubedilməz komanda yoxdu. Sona qədər oynamaq və qələbə qazanmaq lazımdı. Komandamız "Elfsborq"u keçəcəyinə inanır. Əsas səfərdən sərfəli nəticəylə qayıtmaqdı. Onların heyətində təcrübəli futbolçuların olması bizi qorxutmur. Mərhələ adlamaq istəyən komanda rəqibi məğlub etməlidi. İsveç təmsilçisindən zəif olmadığımızı sübut etməliyik.

- Rəqibi "Trömse"yə oxşatmısan. Ötən il siz Norveç komandasına uduzmaqla yarışı tərk etdiniz. Bu hal yenidən təkrarlana bilər?
- "Trömse"yə oxşaması şəxsi fikrimdi. Bu dəfə səhvləri təkrarlamamalıyıq. Ağıllı futbolla mərhələni adlamaq lazımdı. "Trömse"ni keçmədik, bu oyun artıq keçmişdə qaldı.  Amma "Elfsborq"u məğlub etmək mümkündü. Ötənilki səhvimizi düzəltməliyik.

azerisport.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail