Rodriqinyodan şok xəbər

21.07.2011 | 4581 dəfə oxunub

"Neftçi"nİn yarımmüdafiəçisi Rodriqinyonun zədəsi ciddidir. Stadium.Az xəbər verir ki, braziliyalı futbolçu iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyununun artıq 6-cı dəqiqəsində meydançanı tərk etmək məcburiyyətində qalmışdı.

"Dinamo"nun futbolçuları Xorvatiyadakı ilk görüşdə olduğu kimi, bu dəfə də olduqca kobud oyunları ilə diqqət çəkirdilər. Buna görə də səfərdəki matçda zədələnən İqor Mitreskiyə Bakıdakı oyunda Rodriqinyo da qoşulub.

Həkimlərin müayinəsindən sonra yarımmüdafiəçinin zədəsinin ciddi olduğu və əməliyyata ehtiyac duyulduğu müəyyənləşib. Buna görə də Rodriqinyo əməliyyat olunmaq üçün iyulun 22-də Braziliyaya yollanacaq. Onun 6 ay yaşıl meydançalardan uzaq qalacağı bildirilir.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail