Böyükağa Hacıyev istefa verəcəyinə söz verdi

17.07.2014 | 6007 dəfə oxunub

"Neftçi" bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Sloveniyanın “Koper” klubuna 1:2 hesabıyla məğlub oldu. Stadium.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Böyükağa Hacıyev jurnalistlərin sualların cavablandırıb.

- Buraxılan iki qola görə uduzduq. Rəqibi nə qədər təzyiqdə saxlasaq da, qol vura bilmədik. “Koper” həddən artıq müdafiəyə qapandı. Cavab oyununda başqa taktika fikirləşməliyik. Mərhələni keçə bilməsək, istefa verəcəm. İlk rəsmi oyunumuza çıxırıq. Əlbəttə ki, ilk oyun ağır olur. Futbolçuları çox da qınamıram. Müəyyən səhvlərimiz oldu.  

-Sizcə, istefa şüarları sizə ünvanlanmışdı?

- Hər şeyə cavabdeh mənəm. Azarkeşləri qınamıram. Yəqin ki, onlar təzə nəfəs istəyir. 

- Oyundan sonra istefa haqda düşünürdünüz?

- Fikirləşirdim ki, yəqin getmək vaxtıdır. İstefa vermək kişilik əlamətidir. Mərhələ keçsək də, istefa verəcəm. Həmişə cəzamı çəkməyə hazıram.  Hər ailədə olduğu kimi “Neftçi”də müəyyən problemlər var. İndiyə qədər “Neftçi”də beş nəticə vermişəm. Bunu reklam üçün demirəm. Təəəssüf ki, ilk məğlubiyyətsizliyə görə, istefa şüarları eşitdim. Mən də işsiz qalmayacağam. Təkliflər var, yəqin ki, karyeramı davam etdirəcəyəm. Şedevr əsərimi yazmamış futboldan getməyəcəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail