"Koper" indiki halda "Neftçi"dən güclüdü" MÜSAHİBƏ

18.07.2014 | 4634 dəfə oxunub

"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirdikləri ilk oyundan sonra müsahibə verib: 

- Oyun barədə nə deyə bilərsiz?
- Uğur bizim tərəfimizdə deyildi. Çoxlu qol epizodlarımız oldu. Sadəcə, onların qapıçısı uğurlu oyun keçirdi.

- Amma eyni sözləri sizin haqqınızda demək olmaz...
- İlk qol zamanı top öz oyunçumuza toxunaraq qapıya daxil oldu.

- İkinci qol isə sizin uğursuz çıxışınız nəticəsində gerçəkləşdi...
- Hə, rəqib futbolçu topa məndən daha erkən çatdı. Belə hücumlar "Koper"in ən güclü tərəfidi.

- "Koper" "Neftçi"dən güclüdü?
- İlk hissədə onlar göstərdilər ki, hazırkı məqamda bizdən daha yaxşıdılar.

- Bu nəticədən sonra "Neftçi" ötən il olduğu kimi, avrokuboklardakı mövsümü elə ilk cəhdindəcə başa vurmağa çox yaxındı...
- Hələ hər şey itirilməyib. İki il öncə biz Kipr APOEL-i ilə evdə 1:1 oynadığımız halda, səfərdə onlara qalib gəlib, mərhələ adladıq. Bunu hamı yaxşı xatırlayır. Bu dəfə də dönüş edə bilərik.

- Deməli, ümidinizi itirmirsiz?
- Biz onları keçəcəyimizə əminik. Əgər onlar bizi Bakıda məğlub etdilərsə, biz niyə onlara səfərdə qalib gəlməyək?

- Vitse-prezidenti Tahir Süleymanov deyib ki, bu mərhələni keçə bilməsək, heç kimin "Neftçi"də qalmağa haqqı yoxdu...
- O, oyundan sonra bizə də eyni sözləri dedi. Amma bu sözlər emosiyadan irəli gələrək söylənilib. Tahir Süleymanov bizim klubda önəmli fiqurlardandı. O, ötən illər ərzindəki fəaliyyəti ilə bunu sübut edib.

azerisport.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail